• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

AFFA: Bir qrup şəxs tərəfindən yaradılan qurumun bizə aidiyyatı yoxdur

AFFA: Bir qrup şəxs tərəfindən yaradılan qurumun bizə aidiyyatı yoxdur
12.09.2019 18:30
AFFA bir gün öncə təsis olunan AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı ilə bağlı bəyanat yayıb. 

APA-nın məlumatına görə, futbol assosiasiyası bir qrup şəxs tərəfindən yaradılan qurumun onlara heç bir aidiyyatının olmadığını bəyan edib. 

Bildirilir ki, təşkilatın adında "AFFA” adından istifadə edilməsinə baxmayaraq, adı çəkilən təşkilatın AFFA və ya onun işçilərinə (indiki və ya keçmiş) hər hansı aidiyyatı yoxdur: "Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən "Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmin Qanunun eyni maddəsində "işçi” dedikdə "əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür” kimi müddəa yer alıb. Bildirmək istərdik ki, qeyd edilən və özünü həmkarlar ittifaqı təşkilatı adlandıran təşkilatın mətbuatda adları hallandırılan təsisçilərindən heç biri heç vaxt AFFA ilə əmək münasibətlərində olmayıb. Bunu nəzərə alaraq, "AFFA” adından istifadə etməklə bu cür həmkarlar ittifaqının təsis edilməsi "Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa ziddir”.
Qeyd edək ki, AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının təsis yığıncağında veteran futbolçu Nazim Süleymanov qurumun sədri seçilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana yaz gəldi
Cəmiyyət 19:10
Azərbaycana yaz gəldi
Bakıda qəza nəticəsində avtomobil yanıb
Cəmiyyət 18:30
Bakıda qəza nəticəsində avtomobil yanıb
Ötən gün 51 kq-dan artıq narkotik vasitə aşkar edilib
Cəmiyyət 18:03
Ötən gün 51 kq-dan artıq narkotik vasitə aşkar edilib
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Cəmiyyət 17:06
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Cəmiyyət 16:00
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Yollarda görünüş məhdudlaşacaq
Cəmiyyət 15:01
Yollarda görünüş məhdudlaşacaq
Tibb ixtisasını bitirən çağırışçılar 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək
Cəmiyyət 14:55
Tibb ixtisasını bitirən çağırışçılar 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək
AZAL təyyarəsi ilə bağlı istintaq yaxın vaxtlarda yekunlaşacaq
Cəmiyyət 13:46
AZAL təyyarəsi ilə bağlı istintaq yaxın vaxtlarda yekunlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:46
Sabahın hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol