• $
  • £

Bu gün 164 mindən çox şagird birinci sinfə gedir

Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
16.09.2019 10:51
2019-2020-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır.
Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Hazırda respublikada 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və yeddi əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən, 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.
2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib.
2019-2020-ci tədris ilində 108074 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib.

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq”, V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:31
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:55
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
BDYPİ mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 19:00
BDYPİ mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 16:28
Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Cəmiyyət 15:45
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 13:55
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
Ölkə ərazisində intensiv yağışlar davam edib - FAKTİKİ HAVA
Cəmiyyət 12:19
Ölkə ərazisində intensiv yağışlar davam edib - FAKTİKİ HAVA
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Cəmiyyət 11:57
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol