• $
  • £

Neft 100 dollar olur, İran müharibəyə girir, Azərbaycan isə... - ŞOK PROQNOZLAR

Neft 100 dollar olur, İran müharibəyə girir, Azərbaycan isə... - ŞOK PROQNOZLAR
16.09.2019 14:40
"Səudiyyə Ərəbistanının "Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlərin hücumu bölgədə vəziyyəti yenidən gərginləşdirib. İttihamlar havada uçuşur”.

Publika.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloq bu hücumun dünyada və bölgədə hansı nəticələrə səbəb ola biləcəyini açıqlayıb: "Səudiyyə Ərəbistanı bu hücumu cavabsız qoymayacaq. Çünki hücumu Yəməndəki Husilərin təşkil etdiyi aşkardır, bunu onların özləri də etiraf edirlər. Husilər hücumun arxasındakı səbəb kimi Səudiyyə Ərəbistanın Yəməni mütəmadi bombalamasını və bu zaman mülki insanların ölməsini göstərirlər. Səudiyyə Ərəbistanı isə bu hücumları ona görə təşkil edir ki, qonşuluğundakı dövlət İranla müttəfiq olan Husilərin əlinə keçməsin. İki neft emalı zavoduna hücum Səudiyyə Ərəbistanının Yəmənə hücumlarını artıracaq. Buna cavab olaraq da İran Husilərə dəstəyini artıracaq. Faktiki, İran və Səudiyyə Ərəbistanı Yəməndə bir-birilə savaşır. Neft emalı zavodlarının vurulması ilə bu savaş genişmiqyaslı həcm alacaq”.

E.Şahinoğlunun sözlərinə görə, neft emalı zavodlarının vurulması ABŞ-da ciddi reaksiya doğurub: "Vaşinqtonda şübhə etmirlər ki, hücumun arxasında İran dayanır. Tehran bu ittihamları rədd edir. Belə baxanda, indiki zamanda İranın bölgədə gərginliyi artırmaqda marağı olmamalıdır. Çünki İran ABŞ-ın sanksiyalarından qurtulmaq istəyir. Belə olan halda yeni müharibə İranın maraqlarına niyə cavab verməlidir ki? Ancaq o da mümkündür ki, İrandakı İslam Keşikçiləri Korpusunun rəhbərliyi fərqli düşünür. Hər halda, ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazdığı son statusda ABŞ-ın İranı vuracağını istisna etməyib. Bu vəziyyət bir neçə gündən sonra işinə başlayan BMT Baş Assambleyasında ABŞ və İran prezidentlərinin görüşü perspektivini heçə endirir. Halbuki, İran prezidenti Həsən Ruhani Nyu-Yorka getməyə hazırlaşır”.

Bundan başqa, neft emalı zavodlarına hücum dünyada neftin qiymətini qaldırıb: "Mütəxəssislərin hesablamalarına görə, neftin bir barelinin qiyməti 100 dollara qədər arta bilər. Çünki son olay neft bazarında 5 faizin azalmasına səbəb olub və həmin iki neft emalı zavodunun tam gücüylə yenidən neft istehsalına başlaması həftələr ala bilər.

Əlbəttə, neftin qiymətinin qalxması Azərbaycanın gəlirlərini artıracaq. Ancaq siyasi mənada İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin daha da gərginləşməsi, üstəgəl, Vaşinqtonda yenidən "İranı vura bilərik” təhdidlərinin səslənməsi Azərbaycanın geosiyasi maraqlarına cavab vermir. Çünki adı çəkilən dövlətlər Azərbaycanın tərəfdaşlarıdır və biz tərəfdaşlarımız arasında gərginliyin və ən pis halda, müharibənin alovlanmasında maraqlı deyilik”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mətləb Mütəllimli vəfat edib
Cəmiyyət 00:30
Mətləb Mütəllimli vəfat edib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:20
Sabah bu ərazilərdə qaz olmayacaq
FHN: Yağış nəticəsində yaranan problemlərin həlli istiqamətində işlər aparılır
Cəmiyyət 20:46
FHN: Yağış nəticəsində yaranan problemlərin həlli istiqamətində işlər aparılır
Zaur Əliyev nazir müavini təyin olunub
Cəmiyyət 20:30
Zaur Əliyev nazir müavini təyin olunub
6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib
Cəmiyyət 20:09
6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib
Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir
Cəmiyyət 19:09
Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir
Nazir Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub
Cəmiyyət 18:45
Nazir Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub
Sabah Biləsuvarda 600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:13
Sabah Biləsuvarda 600 abonentin qazı kəsiləcək
Bakı və Abşeron ərazinin 60% hissəsində mərkəzləşmiş kanalzasiya sistemi yoxdur
Cəmiyyət 17:12
Bakı və Abşeron ərazinin 60% hissəsində mərkəzləşmiş kanalzasiya sistemi yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol