• $ 1.7
  • € 1.9274
  • ₽ 0.020529
  • ₺ 0.0441
  • £ 2.2603

Azərbaycan Beynəlxalq Bankından “Şirkətlərə anında dəstək” krediti

Azərbaycan Beynəlxalq Bankından “Şirkətlərə anında dəstək”  krediti
29.05.2020 11:00
Müştərilərinin etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə yeni məhsulunu təqdim edib. Bankın hər bir korporativ müştərisi, o cümlədən kiçik və orta sahibkarlar anidən yaranan ehtiyacları üçün 100.000 manata qədər krediti Azərbaycan Beynəlxalq Bankından rahatlıqla əldə edə və ehtiyaclarını qarşıladıqdan sonra kredit borclarını tam, yaxud hissə-hissə ödəyə bilərlər. "Şirkətlərə anında dəstək” kreditinin əsas üstünlüyü müştərinin müraciətindən sonra çox qısa müddətdə rəsmiləşdirilməsidir. Bundan başqa, kreditin rəsmiləşdirilməsi prosedurları da sadədir. 

Kreditor borclarının ödənilməsi, əmək haqqı ödənişlərinin həyata keçirilməsi, biznes fəaliyyətində gözlənilmədən ortaya çıxan xərclərin qarşılanması və s. bu kimi qısamüddətli öhdəliklərinin yerinə yetirilməsindən ötrü Bank sahibkarlara belə bir imkanı yaradır. 
Kreditin özəllikləri:

•  Kreditin məbləği - 100.000 manatadək
•  Kreditin müddəti - 3 ayadək
•  İllik faiz dərəcəsi -  16%-dən başlayaraq

Krediti  bankın bütün filiallarından əldə etmək mümkündür. Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, belə məhsulların yaradılmasında məqsəd sahibkarların maliyyə tərəfdaşı olaraq Azərbaycan Beynəlxalq Bankının onların maliyyə vəsaitləri ilə bağlı bütün ehtiyaclarını yerinə yetirə bilməsidir. "Qısamüddətli öhdəliklərin yaranması, biznesdə tez-tez baş verən normal bir haldır. "Şirkətlərə anında dəstək” krediti isə belə vəziyyətlərdə sahibkarları qayğıdan azad edir. Onlar Azərbaycan Beynəlxalq Bankının bu kredit məhsulundan faydalanmaqla biznes layihələrini hər hansı çətinlik yaranmadan fasiləsiz icra edə bilərlər. Korporativ biznesin inkişafına yönələn bu cür addımlarımız davamlı olacaq”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:28
Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Sabah bu rayonda qaz olmayacaq
Cəmiyyət 20:58
Sabah bu rayonda qaz olmayacaq
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Cəmiyyət 20:04
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Cəmiyyət 19:20
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Cəmiyyət 18:30
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:27
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
Cəmiyyət 16:40
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
Azərbaycanda astma xəstələrinin sayı açıqlanıb
Cəmiyyət 15:50
Azərbaycanda astma xəstələrinin sayı açıqlanıb
Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub
Cəmiyyət 15:25
Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol