• $ 1.7
  • € 1.9252
  • ₽ 0.021118
  • ₺ 0.044
  • £ 2.2614

Bakıda 7 il bağlı qalan yol açılıb

Bakıda 7 il bağlı qalan yol açılıb
29.05.2020 05:00
Bakının Nəsimi rayonu Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (Papanin hospitalı) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq 7 ildir ki, bağlı olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

ONA-nın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) yaydığı məlumatda bildirilir ki,  AAYDA tərəfindən Tbilisi prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə xüsusən günün pik saatlarında yaşanan sıxlığın aradan qaldırılması məqsədi ilə qısa müddətlik təmir-tikinti işləri həyata keçirilib.

İlkin mərhələdə sözügedən ərazidə yeni metro stansiyasının tikintisi tam olaraq yekunlaşmadığı üçün 4 hərəkət zolaqlı olan küçənin yalnız bir istiqaməti üzrə 2 hərəkət zolağı bərpa olunaraq sürücülərin istifadəsinə verilib. Yeni stansiyanın tikintisi yekunlaşdıqdan sonra isə digər istiqamət üzrə küçənin qalan hissəsinin də bərpası işləri həyata keçiriləcək.

Aparılan təmir-tikinti işləri çərçivəsində tikinti norma və standartlarına uyğun olaraq, torpaq yatağı avtoqreyderlə profilə salınıb, optimal qum-qırmadaş qarışığından əsas işlənilib. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yol örtüyünün iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə salınıb.
Uzunluğu 550 metr olan küçənin sözügedən hissəsi boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni 2.5 metr enində piyada səkiləri inşa edilib, kənarlarına yeni səki daşları düzülüb.

İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yeni yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə verilib.
Aparılan işlər çərçivəsində Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində, yol ötürücüsünün altından keçən hissəsində də təmir-bərpa işləri aparılıb. Bütün sadalanan işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında həyata keçirilib.

Ceyhun Səlimov küçəsinin yenidən istifadəyə verilən hissəsi Tbilisi prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə avtonəqliyyat vasitələrinin axınına, günün pik saatlarında bu ərazidə yaşanan sıxlığın azalmasına müsbət təsir göstərəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
Cəmiyyət 14:43
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
Rüfət Səfərovla bağlı ibtidai istintaq başa çatıb
Cəmiyyət 14:36
Rüfət Səfərovla bağlı ibtidai istintaq başa çatıb
Bayram günündə Bakı-Sumqayıt-Bakı istiqamətində qatarların hərəkət qrafiki açıqlanıb
Cəmiyyət 13:39
Bayram günündə Bakı-Sumqayıt-Bakı istiqamətində qatarların hərəkət qrafiki açıqlanıb
Sabah 28 dərəcə isti olacaq
Cəmiyyət 12:34
Sabah 28 dərəcə isti olacaq
İctimai fəal Əhməd Məmmədli saxlanılıb
Cəmiyyət 12:08
İctimai fəal Əhməd Məmmədli saxlanılıb
Sevdiyi qadını döyərək saçlarını kəsib - 8 sutka həbs cəzası alıb
Cəmiyyət 11:16
Sevdiyi qadını döyərək saçlarını kəsib - 8 sutka həbs cəzası alıb
AZAL Hindistana reysini təxirə salıb
Cəmiyyət 11:13
AZAL Hindistana reysini təxirə salıb
20 min 549 bakalavr magistraturaya imtahan verəcək
Cəmiyyət 10:10
20 min 549 bakalavr magistraturaya imtahan verəcək
“Meydan TV” işi üzrə daha bir nəfər saxlanılıb
Cəmiyyət 09:25
“Meydan TV” işi üzrə daha bir nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol