• $ 1.7
  • € 1.9252
  • ₽ 0.021118
  • ₺ 0.044
  • £ 2.2614

Taleh Bağırzadənin həyat yoldaşı haqqında cinayət işi başlanıb

Taleh Bağırzadənin həyat yoldaşı haqqında cinayət işi başlanıb
26.09.2019 22:33
Həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə cinayət məsuliyyətinə cəlb olunur. O, həyat yoldaşına telefon keçirmək cəhdində ittiham olunaraq, barəsində cinayət işi başlanıb.

Bizimyol.info xəbər verir ki, L.İsmayılzadə sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağrılıb. İdarədə ona qarşı Cinayət Məcəlləsinin 317-1.1 maddəsilə - cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verlməsi və ya ötürülməsinə görə ittiham elan olunacağı gözlənilir.
L.İsmayılzadə "Bizimyol.info”ya bildirib ki, müstəntiq onu idarəyə dəvət edərkən vəkilləri ilə birlikdə gəlməsini istəyib: "Dedi ki, gəlin, işi bağlayıb, məhkəməyə göndərməliyik”.
Bu maddədə cərimə cəzası və islah işlərilə yanaşı, iki ilə qədər həbs də nəzərdə tutulub.
L.İsmayılzadə özünü təqsirli bilmir. O bildirir ki, Novruz bayramı münasibətilə martın 20-də həbsxanaya həyat yoldaşının yanına gedəndə uşaq çantasından oyuncaqların arasından çıxan telefon işlək olmayıb və ora məqsədli şəkildə aparılmayıb. L.İsmayılzadənin sözlərinə görə, üç yaşlı oğlu Abbas babasına məxsus olmuş həmin telefondan oyuncaq kimi istifadə edirdi.
"Məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung” markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilmişdir”, - deyə martın 21-də Penitensiar Xidmətin məlumatında bildirilirdi.
T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib.
T.Bağırzadə ona qarşı irəli sürülmüş dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ittihamlarını qəbul etmir, təqsirsiz olduğunu deyir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nəsimi rayonunda baş verən yanğın söndürülüb- Video - Yenilənib
Cəmiyyət 21:43
Nəsimi rayonunda baş verən yanğın söndürülüb- Video - Yenilənib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:25
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq
Cəmiyyət 18:05
Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

Bakı Olimpiya Stadionunun yaxınlığında yağış suyu ərazidən təmizlənib
Cəmiyyət 17:50
Bakı Olimpiya Stadionunun yaxınlığında yağış suyu ərazidən təmizlənib
Azərbaycanda bitki xəstəliklərini aşkar edən mobil tətbiq yaradılıb
Cəmiyyət 17:19
Azərbaycanda bitki xəstəliklərini aşkar edən mobil tətbiq yaradılıb
“Meydan TV” işi üzrə daha bir nəfər saxlanılıb - Yenilənib
Cəmiyyət 16:50
“Meydan TV” işi üzrə daha bir nəfər saxlanılıb - Yenilənib
150 mənzil minimum 954 manat ödəməklə kirayə satışa çıxarılacaq
Cəmiyyət 16:16
150 mənzil minimum 954 manat ödəməklə kirayə satışa çıxarılacaq
Bəzi rayonlara yenə yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 16:15
Bəzi rayonlara yenə yağış yağacaq - Xəbərdarlıq
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
Cəmiyyət 14:43
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol