• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

FTB deputatı aeroportda saxlayıb dindirdi, restoranda görüş təklif etdi

FTB deputatı aeroportda saxlayıb dindirdi, restoranda görüş təklif etdi
06.10.2019 22:58
ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşı Nyu-York aerportunda Rusiya Dövlət Dumasının deputatı, jurnalist İnqa Yumaşevanı saxlayıb və bir saatdan çox dindirib. 


Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.


Deputat "Fort-Ross Dialoqu” forumunda iştirak etmək üçün ABŞ-a getmişdi. Forum bu gün oktyabrın 6-da işə başlayır. Səfirin sözlərinə görə, Yumaşevaya "tamamilə qaranlıq, aydın olmayan və qəbuledilməz” sualar veriblər.






"Bundan əlavə ona FTB əməkdaşı ilə başqa yerdə, qeyri-formal şəraitdə görüşmək və ünsiyyəti davam etdirmək təklif olunub”,-Antonov bildirib.


O əlavə edib ki, söhbət son illərdə Rusiya-Amerika laqələrinin inkişafında və yaxşılaşmasında çox iş görmüş deputatdan, siyasətçidən gedir.


 "Mən təsəvvür edə bilmirəm ki, əgər bizim xüsusi xidmət orqanları hansısa senatoru, yaxud Konqresin aşağı palatasının üzvünü saxlasaydı nə baş verərdi. Həmin senatorları ki, viza almadıqları barədə qışqırırlar, yaxud viza alıb Rusiya Federasiyasına gəliblər. Onları ayrıca otağa aparardılar, sorğu-sual edərdilər və daha sonra haradasa yaxınlıqda, Şeremetyevoda restoranlardan birində kofe içməyi təklif edərdiilər”,-səfir əlavə edib.






Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə bəyan edib ki, ABŞ xüsusi xidmət orqanlarının əməkdaşlarının deputat İnqa Yumaşevanı saxlayıb dindirməsi həyasız təxribatdır və beynəlxalq öhdəliklərin pozulmasına dair növbəti nümunədir.


"Birləşmiş Ştatların hərəkəti onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulmasının növbəti nümunəsidir. Yumaşeva beynəlxalq forumda iştirak etmək üçün dəvət almışdı və ona Amerika səfirliyi viza vermişdi”,-spiker deyib.






İnqa Yumaşeva Dövlət Dumasında ABŞ Konqresi ilə əlaqələr üzrə işçi qrupunu koordinasiya edir. Volodin bildirib ki, ölkələr arasında neqativ atmosfer yaradan belə hərəkətlər yolverilməzdir və qınanılmalıdır.


Yumaşeva "Vahid Rusiya” partiyasının siyasından seçilib və Başqırdıstan respublikasını tmsil edir. Dövlət Dumasında beynəlxalq işlər komitəsinin tərkibinə daxildir. FTB-nin onu niyə saxladığı və hansı suallar verdiyi haqda məlumat verilmir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Dünya 23:58
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Dünya 22:43
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Dünya 21:51
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 21:31
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol