• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

İrəvanın işğalı gözlənilir

İrəvanın işğalı gözlənilir
20.08.2014 14:41

Naira Ayrumyan: “Ölkədə gizli müqavimət hərəkatı başlayıb”

Rusiya baş naziri Dmitri Medvedevin sentyabrın əvvəlində Ermənistan paytaxtına gözlənilən səfəri bir sıra erməni şərhçilər tərəfindən çox böyük təhlükə kimi təqdim edilir. 

ANS PRESS-in məlumatına görə, erməni şərhçi Naira Ayrumyan bu gün yazdığı məqaləsində Medvedevin gəlişini İrəvana növbəti rus ekspansiyası kimi dəyərləndirib. 

Erməni şərhçi dediklərini Medvedevin İrəvana daha əvvəlki səfərlərini yada salmaqla sübut etməyə çalışır: “2008-ci ilin oktyabrında prezident kimi gələn Dmitri Medvedev bildirmişdi ki, Gürcüstanla müharibə Bakı və İrəvan üçnü ciddi dərs oldu. Bu, Rusiya üçün İrəvanda meydan açdı. 2010-cu ilin avqustunda etdiyi səfərdə Medvedev Rusiya bazasının Ermənistanda qalma müddətini artırdı. Həmçinin İrəvanı elə bir sazişə qol çəkməyə vadar etdi ki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı kimi qəbul edildi”. 

Naira Ayrumyan düşünür ki, Dmitri Medvedevin Ermənistana gəlişi ölkədə rus hücumuna qarşı gizli müqavimət başlaması ilə bağlıdır: “Xüsusilə də 2013-cü ilin dekabr ayında Putinin etdiyi səfərdən sonra ölkədə Rusiya hücumuna qarşı gizli müqavimət başlayıb”. 

Təbii ki, bu müqavimət Rusiyanın son günlərdə üzləşdiyi çətinliklərlə bağlıdır, ermənilər neftin qiymətinin getdikcə düşməsi nəticəsində rus iqtisadiyyatının böhrana girəcəyini ehtimal edirlər. Buna görə də ölkə başındakı Rusiya yönümlü Qarabağ klanından yaxa qurtarmaq, qərb yönümlü yeni bir siyasətçini hakimiyyətə gətirmək istəyirlər. 

Təbii ki, bu planlardan Moskva da xəbərdardır və Medvedevin gəlişi məhz bu “gizli müqaviməti” yerində boğmaqdır. Erməni suverenliyini boğmaq üzrə mütəxəssis olan Medvedev bu dəfə yəqin ki, daha radikal davranacaq və Ermənistanın müstəqilliyini birdəfəlik tarixə qovuşduracaq. Erməin cəmiyyəti bu şoka hazır olmalıdır.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Dünya 09:00
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Dünya 08:50
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Dünya 23:13
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Dünya 22:43
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Meksika körfəzinin adı dəyişdirilir
Dünya 22:12
Meksika körfəzinin adı dəyişdirilir
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
Dünya 21:50
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Dünya 21:40
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Yeni Roma Papası seçilib - Yenilənib
Dünya 21:26
Yeni Roma Papası seçilib - Yenilənib
Naməlum şəxs Kiyevdə insanlara atəş açıb,ölənlər var
Dünya 19:51
Naməlum şəxs Kiyevdə insanlara atəş açıb,ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol