• $
  • £

Tramp Ərdoğanı HƏDƏLƏDİ: “Özünü dikbaş oğlan kimi aparma” - MƏKTUB

Tramp Ərdoğanı HƏDƏLƏDİ: “Özünü dikbaş oğlan kimi aparma” - MƏKTUB
28.05.2020 23:40
ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana yazdığı məktubun mətni mətbuata sızıb.

Anews.az bildirir ki, oktyabrın 9-da "Sülh çeşməsi” əməliyyatının başlanmasından bir neçə saat öncə yazılan məktub "Foks Biznes” telekanalının əməkdaşı Triş Reqana ötürülüb. Onun mətbuata yerləşdirdiyi məktubun doğruluğu artıq Ağ Ev tərəfindən də təsdiqlənib.
Məktubda Tramp özünəməxsus üslubda Ərdoğanı Suriyaya hərbi müdaxilədən çəkindirir və bu zaman hədələyici tondan istifadə edir.  

Məktubun mətnini təqdim edir:
"Hörmətli cənab prezident!
Gəlin yaxşı bir razılaşma hazırlayaq! Axı siz minlərə insan ölümünə, mənsə Türkiyə iqtisadiyyatının dağılmasına görə məsuliyyət daşımaq istəmirəm. Sizə gücümü pastor Bronsonla bağlı hadisədə sübut etmişəm.

Sizin bir neçə probleminizi həll etmək üçün gərgin şəkildə işləyirəm. Dünyanı yanıltmayın. Siz çox iş görə bilərsiniz. General Mazlum (Suriya kürdlərinin liderlərindən biri-red.) əvvəllər sizə etmədiyi güzəştlərə getməyə, danışıqlar aparmağa hazırdır. Sizə onun mənə yazdığı və üstündə "məxfi” kodu olan məktubu göndərirəm.  

Əgər siz indi humanist və təmkinli hərəkət etsəniz, tarix sizə qəhrəman kimi baxacaq. Amma yaxşı heç nə olmasa, tarix sizə iblis kimi baxacaq. Özünüzü dikbaş oğlan kimi göstərməyin. Axmaqlı etməyin. Sizə sonra zəng edəcəm”.
Maraqlıdır ki, məktubun göndərilməsindən bir neçə saat sonra Tramp qərarını dəyişərək, Ankaraya "yaşıl işıq” yandırıb. Amerikalı siyasətçilər məktubun məzmunu və sonradan baş verən hadisələr arasında ziddiyyətin olduğunu, bunun Trampın ardıcıl qərarlar verməyə qadir olmamasının sübutu olduğunu söyləyib.
  
Yayılan məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Donald Trampın məktubunu zibil "qutusu”na atıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol