• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

Gədəbəy meşələrinə qənim kəsilən məmurlar - VİDEO + FOTO

Gədəbəy meşələrinə qənim kəsilən məmurlar - VİDEO + FOTO
23.10.2019 08:13
Sosial şəbəkələrdə mütəmadi olaraq Gədəbəy rayonu ərazisində yerləşən meşələrdə qanunsuz şəkildə ağacların kütləvi qırğını ilə bağlı çoxsaylı foto, video materilallar yerləşdirilir. Bəs görəsən  qanunsuz işləri görənlər və təbii sərvətimizə qarşı belə amansızlıqla yanaşanlar kimlərdir?. Bunu araşdırmaq üçün  həmin meşələrə üz tutduq. İlk rastlaşdığımız 50-ə yaxın ağacın bir dəfəyə kəsilməsi oldu.  Kütləvi qırğın barəsindəki sualımızı meşə gözətçisi Qurban Hüseynov cavablandırdı. O, bildirdi ki,  nazir Muxtar Babayevin icazəsi ilə qazla təmin  olunmayan kəndlərin qış aylarında istiliklə təchizatı  üçün kəsilib və  nörmələnmiş ağaclardı.

Deməli qanun belədir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  imzalanmış  sərəncama əsasən nömrələnmiş ağacları doğrayaraq ümumi bazadan vətəndaşlara satmalıdır. Satış zamanı 1 kub metr  odun 15 manat qiymətləndirilib. Vətəndaş qış tədarükü üçün alacağı odunun 1 kub mterinə görə, banka 15 manatdan ödəniş etməlidir və qəbzi odunun toplandığı ümumi bazaya təqdim edərək qış üçün odun tədarükü görməlidir”.  Belə bir qaydanın olduğunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini efirdən də səsləndirib.

Təqdim etdiyimiz videomaterildan isə  görünür ki, qış yanacağı üçün odunu meşə ərazisində vətəndaşlar doğrayıb və daşıyır. Hətta1 kub metr  odun 15 manata olduğu təqdirdə odun satışını Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyev və onun işçiləri Qinyaz Salehov öz yazılmamış qanunları ilə idarə edir.  4 kub metr odunu vətəndaşlara 200-400 manata satırlar. Həmin məbləğ banka deyil, adı çəkilən şəxslərə ödənilir.

Vətəndaşlar özləri qış tədarükü etdiyi zaman meşə ərazisində bir ədəd iri buynuzlu heyvan ölüb. Həmin heyvanın sahibi bunu odun kəsən şəxslərdən biri tərəfindən edildiyini iddia edir. Bu ziyanın səbəbkarı ETSN-nin əməkdaşlarıdır. Odunları doğrayıb ümumi bazadan satmadıqlarına görə, belə xoşagəlməz vəziyyət yaranıb.  
 


Ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət etdik və cavab aşağıdakı şəkildə oldu.
 
Lakin nazirliyin göndərdiyi rəsmi məktubda qeyd edilən qaydalara tabeçiliyində olan işçiləri riayət etmir.

Yuxarıda adları şəkilən şəxslərlə bağlı ayrılıqda etdiyimiz araşdırmanı sizə təqdim edirik.  İlkin olaraq Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyevdən başlayaq. Bir il bundan öncə həmin vəzifəyə təyinat alan bu şəxs vəzifəsini yerinə yetirmək əvəzinə işə düzəlmə adı ilə vətəndaşlardan pul yığır. Adının çəkilməsini istəməyən Gədəbəy rayon sakini bildirir ki, əvvəl Gədəbəy rayon Meşələrin İnkişafı  Departamentində işləyib. Rayon idarələri ləğv olunub əvəzində regional mərkəzlər yarananda ixtisara düşüb. İqbal müəllimin qəbulunda olanda yenidən işə qayıtmağı üçün ondan 1000 manat istənib. Sonda 500 manata razılaşiblar. Lakin 500 manatı ödəsə də  uzun müddətdir ki, həmin şəxs  heç bir işlə təmin edilmir. Sonda müxtəlif təzyiqlərlə pulu geri ala bilib.

İqbal Əliyevin tabeçiliyində olan Qinyaz Salehov təxminən 20 il olar ki, Gədəbəy rayonu ərazisində yerləşən meşə təsərrüfatında  müxtəlif idarələrdə çalışıb. Onun əsas vəzifəsi Gədəbəy meşələrini qourmaq olsa da bu vəzifə səlahiyyətinə nadir hallarda riayət edib.

Gədəbəy meşəsi Qinyaz Salehovun qazanc mənbəyinə çevrilib.  İlkin olaraq onu qeyd edək ki, 20 il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı olmasına baxmayaraq bir ədəd də olsa 20 yaşlı ağac yetişdirməyib. Hətta əkdirdiyi ağacları ilin müxtəlif fəsillərində fermerlərin sürüsünə yem edib. Bir quzu qarşılığında həmin əkin olduğu ərazilərə heyvanların otarılması üçün icazə verib.  Əkilmiş kiçik bir ağac dövlət büdcəsinə azı 4 dollara başa gəlir. Bir il ərzində 10 minlərlə ağac əkilir. Nəticədə hər hansı bir fermerin mal-qarasına yem olur. Hazırda Gədəbəy rayon Arıqıran kənd ərazisinə Zeynal adlı ərazidə bu xoşagəlməz mənzərə mövcuddur. Həmin ərazi rəsmi sənədlərdə qoz ağaçı yetişdirilməsi kimi qeyd olunub. Hətta bir neçə il öncə Qiynaz  Salehov həmin əkin yerinə 2 yaşına qədər olan təxmini 500 ədəd fısdıq və vələs ağacı əkdirib. Həmin ildə fermerdən bir quzu alaraq örüş yeri kimi istifadə etməyə icazə verib. Hazırda həmin ərazidə nə qoz, nə də əkilmiş vələs, fısdıq ağacları var.


Qinyaz Salehov  rəhbəri İqbal  Əliyev İqbalın yolunu gedir. Vətəndaşlardan düzəltmə adı ilə külli miqdarda pul alır. Gədəbəy rayon sakini  Ariz Allahverdiyevdən 1200 manat alaraq işə düzəldəcəyini bildirsə də nəticə yoxdur. Hadisədən 6 ay keçməsinə baxmayaraq nə işə düzəldir, nə də pulu geri qaytarır. Məsələnin ictimailəşdirəcəyimi bilən Qinyaz Salehov həmin məbləğin 800 manatını qaytarıb və 400 manatını iş yoldaşı Qurban Hüseynovun verəcəyini bildirib.

Növbəti bir məsələni nəzərinizə çatdıraq. Qanunla və imzalanmış sərəncama əsasən bir ədəd ağaca bir nömrə vurulur. Həmin nömrə ilə rəsmiləşdirilərək rüsum dövlət büdcəsinə ödənilir. Lakin bir  il bundan öncə Qinyaz 50 ədəd ağacı "11 nömrə” adı altında işarələyərək satıb. Yəni 49 ağacın dövlət rüsumu ödənilməyib. Həmin 49 ağacın satışından əldə edilən pul dövlətin büdcəsinə deyil, Qinyaz Salehovun cibinə gedib.

Bununla kifayətlənməyən Şəmkir Regional Meşə Təsərrüfatı mərkəzinin adları çəkilən əməkdaşları "Qırmızı Kitab”-a düşmüş palıd ağacının kütləvi kəsilməsini  həyata keçirirlər.

Bu şəxslərin növbəti qazanc yeri atlar üçün yem olan otdur. İldə 10 tona qədər otu atlara yem kimi sənədləşdirirlər. Eynilə odun əldə etmək üçün rəsmi sənədlərə şişirdilmiş rəqəmlər yazılır.  Hansı ki, odunların doğranması və bazaya daşınması üçün nəzərdə tutulan yanacaq həmin şəxslərin qazanc mənbəyi olur. Çünki qeyd edilən proseduru vətəndaşlar öz maliyyəsi hesabına edir.

Bütün bu qeyd edilənlər bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə dəfələrlə rəsmi müraciət və zəng edilməsinə baxmayaraq əhəmiyyət verilməyib. Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
 
 
 

 

Zaur Qənbərov
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ şəhərlərinə yağan güclü qar nəqliyyatın hərəkətini tam iflic edib - FOTO/VİDEO
Cəmiyyət 16:30
ABŞ şəhərlərinə yağan güclü qar nəqliyyatın hərəkətini tam iflic edib - FOTO/VİDEO
Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video
Cəmiyyət 19:21
Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video
Kəlbəcər-Laçın istiqamətindəki yeni infrasturuktura baxış keçirildi - Fotolar+Video
Cəmiyyət 19:19
Kəlbəcər-Laçın istiqamətindəki yeni infrasturuktura baxış keçirildi - Fotolar+Video
Bakıda narkokuryerliklə məşğul olan “bloger” saxlanıldı - Fotolar+Video
Cəmiyyət 18:24
Bakıda narkokuryerliklə məşğul olan “bloger” saxlanıldı - Fotolar+Video
Polis “Sədərək”də əməliyyat keçirdi - Video+Fotolar
Cəmiyyət 19:41
Polis “Sədərək”də əməliyyat keçirdi - Video+Fotolar
20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video
Cəmiyyət 10:08
20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video
Cəmiyyət 20:02
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video
Narkotik satan daha 27 nəfər tutuldu
Cəmiyyət 18:19
Narkotik satan daha 27 nəfər tutuldu
“Oskar”ın rəhbəri də həbs edildi - Video
Cəmiyyət 19:21
“Oskar”ın rəhbəri də həbs edildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol