• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

“Unibank”ın dəstək olduğu Milli Paralimpiya komandası Tokio -2020-də iştirak edəcək

“Unibank”ın dəstək olduğu Milli Paralimpiya komandası Tokio -2020-də iştirak edəcək
29.05.2020 04:30
 "Unibank”ın dəstək verdiyi paralimpiya komandasının üzvləri  gələn ilin yayında Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər. Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov Avstraliyada keçirilən dünya çempionatında  yüksək nəticə göstərərək, Tokio-2020-yə lisenziya qazanıblar.

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov bildirib ki, indi komandanın  qarşısında duran əsas məsələ 2020-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarında qələbə qazanmaqdır: "Qarşımızda məsuliyyətli və ağır bir məşq prosesi durur. İnanırıq ki,  idmançılarımızın səyi və daim bizim yanımızda olan Unibank komandasının dəstəyi ilə Tokiodan qələbə ilə qayıdacağıq. İdmançılarımızın bunu bacaracağına inanıram”.

Tokio-2020-yə lisenziya qazanmış paralimpiyaçı Yelena Taranova da Avstraliya çempionatının nəticələrini çox uğurlu hesab edir: "Səfərimizdə hədəfimizə nail olduq. Lisenziya qazandıq. Artıq Tokio-2020-yə hazırlaşmaq dövrüdür. Güllə atıcılığı idmanı dünyada çox sürətlə inkişaf edir. Rəqiblərimiz çox güclüdür. Ona görə də ciddi hazırlaşmalıyıq”.

Komanda üzvü Kamran Zeynalovun da ən böyük arzusu da Tokioda Azərbaycan bayrağını qaldırmaqdır: "Çox sevincliyəm ki, Tokio-2020 oyunlarına lisenziya əldə etdik. Mən buna görə Unibanka çox təşəkkür edirəm. İki ildir hər addımımızda bizimlədir, komandamızın yanındadırlar. "Unibank”ın dəstəyi olmasaydı biz çempionata belə inamla hazırlaşa, qələbəyə hədəflənə bilməzdik”.

Qeyd edək ki, indiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan ikisi məhz "Unibank”ın dəstək verdiyi komanda tərəfindən qazanılıb.

Unibank  Tokio-2020-də paralimpiyaçılara böyük qələbələr arzulayır!
Unibank – hər kəsin bankı!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
İqtisadiyyat 14:59
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Siyasət 13:35
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
İqtisadiyyat 12:37
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
İqtisadiyyat 12:34
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
İqtisadiyyat 12:14
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
Azərbaycana kərə yağı idxalı azalıb
İqtisadiyyat 11:23
Azərbaycana kərə yağı idxalı azalıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:07
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:39
Bu günə olan məzənnə açıqlanıb
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
İqtisadiyyat 09:35
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol