• $
  • £

Tramp: “əl-Bağdadi it kimi gəbərdi, ağlayaraq, qışqıraraq özünü və uşaqlarını partlatdı”

Tramp: “əl-Bağdadi it kimi gəbərdi, ağlayaraq, qışqıraraq özünü və uşaqlarını partlatdı”
29.05.2020 04:23
Prezident Donald Tramp bildirib ki, əl-Bağdadi xüsusi əməliyyat zamanı başqa çıxış yolu olmadığını görüb və xüsusi təyinatlılar onu sağ yaxalamasın deyə üzərində gəzdirdiyi "kamikadze jileti” ilə özünü partladıb. ABŞ prezidenti əməliyyat zamanı heç bir ABŞ əsgərinin yaralanmadığını bildirib.

"Əbu Bəkr əl-Bağdadi ilə birlikdə çoxlu sayda tərəfdarı da öldürüldü. Bağdadi vəhşi idi və vəhşi kimi, qaçan qorxaq kimi öldü, ağlayıb sızlayırdı. Bir köpək kimi öldü, artıq heç kimə zərər verə bilməz. Dünya indi daha təhlükəsizdir”,-Tramp deyib.
 

 İŞİD lideri Əbu Bəkr əl-Bağdadi

ABŞ prezidenti Rusiya, Türkiyə, Suriya və İraqın da əməliyyata dəstək verdiklərini bildirib, həmin ölkələrə təşəkkür edib. "Bu, çox təhlükəli əməliyyat idi”,-o vurğulayıb.
Tramp məlumat verib ki, əl-Bağdadi üzərindəki "kamikadze jileti” ilə özü ilə birlikdə 3 uşağını da öldürüb. Onun bildirdiyinə görə, xüsusi təyinatlılar İŞİD liderini qaldığı iqamətgahın altındakı yeraltı tuneldə yaxalamaq istəyib, bu zaman əl-Bağdadi ələ keçəcəyini görərək özünü və uşaqlarını partladıb. O, əməliyyat zamanı İŞİD liderinin qaldığı evdən 11 azyaşlı uşağın xilas edildiyini də açıqlayıb.
O, DNA testi nəticəsində öldürülənin məhz əl-Bağdadi olduğunun tam təsdiqləndiyini deyib. Habelə Tramp bildirib ki, əməliyyat nəticəsində İŞİD-in gələcəkdə həyata keçirməyə hazırlaşdığı terror hücumları ilə bağlı çox çox dəlillər ələ keçirilib.
ABŞ prezidenti əl-Bağdadiyə daha əvvəl də xüsusi əməliyyat həyata keçirmək istədiklərini, amma onun tez-tez yerini dəyişdirdiyini deyib. Tramp xüsusi təyinatlıların dəbilqəsinə bərkililmiş Go-pro kameralarla əməliyyatı canlı izlədiyini açıqlayıb: "Film kimi mükəmməl idi. Orada tətbiq edilən texnologiya da xarüqəydi”.
"Xüsusi təyinatlılarımız bir saat 10 dəqiqləlik məsafədən, təhlükəli bölgədən uçdu. Bəzi liderlərin bu əməliyyatın ən təhlükəli nöqtəsini olacağını düşündük, ona görə də çox səssiz qaldıq. Giriş və çıxış uçuşları çox təhlükəli idi, çox güclü atəşə məruz qala bilərdik. Rusiya hava sahəsini açdı. Rusiya əla idi, İraq əla idi. Doğrudan da əla bir işi əməkdaşlıq şəraitində həyata keçirdik”,-Tramp deyib.
ABŞ prezidentinin bildirdiyinə görə, xüsusi təyinatlılar vertolyotlarla Rusiyanın nəzarətində olan bölgənin üzərindən uçublar. Bu zaman Rusiya tərəfi məlumatlandırılıb. "Ruslar niyə gəldiyimizi bilmirdi, amma onlara "məmun olacaqsınız” dedi. Onlar da "bizi məlumatlandırdığınız üçün təşəkkür edirik” dedilər. Onların nəzarətində olan bölgədən keçəcəyimizi bilirdilər, amma niyə gəldiyimizi bilmirdilər”,-o deyib.
Belə təxmin etmək olar ki, ABŞ xüsusi təyinatlıları İraqdakı Amerika hərbi bazasından havaya qalxıblar və Rusiyanın nəzarətində olan Hələb bölgəsinin üzərindən uçaraq İdlibə daxil olublar.
ABŞ prezidenti jurnalistlərin suallarına cavab olaraq Türkiyənin əməliyyatdakı rolu barədə danışıb, bu ölkəyə tərif yağdırıb.
"Türkiyə bizim oraya keçəcəyimizi bilirdi, çətinlik törətmədi. Bəzi bölgələrdən keçdik, onlar da əla idi, heç problem çıxarmadılar. Onlar bizə atəş aça bilərdi, cavab olaraq biz də onları aradan götürə bilərdik. Amma bu olmadı. Bizə atəş açanlar (İŞİD-çilər) havadan vuruldu”,-o əlavə edib.
Tramp əməliyyatın planlaşdırılması və həyata keçirilməsinin 2 həftə vaxt apardığını deyib. Amma bildirib ki, əl-Bağdadi daha əvvəldən izlənilirdi: "Çoxlu pulu vardı deyə tez-tez yerini dəyişdirirdi, planını qəfil dəyişdirirdi. Orada olduğunu bilirdik, amma yüz faiz əmin olmaq mümkün deyildi. Nəhayət təsdiq aldıq və ora gedəndə çox böyük atəş gücü ilə qarşılaşdıq. Amma əsgərlərimiz çox yaxşı idi. Çoxlu sayda terrorçu öldü, bu haqda rəqəmi də açıqlayacağıq”.
Tramp əməliyyat zamanı ABŞ xüsusi təyinatlılarının bir itinin tunellərdə yaralandığını bildirib. O, əməliyyat barədə demokratları məlumatlandırmadıqlarını deyib, bildirib ki, bunu "məxfiliyin qorunması üçün” ediblər. "Çox az adamın xəbəri vardı. Biz məlumat sızıntısı bütün komandanı təhlükəyə atardı”,-o deyib. (Virtualaz.org)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol