• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Azərbaycan ABŞ-da nota verəcək

Azərbaycan ABŞ-da nota verəcək
30.10.2019 16:58
Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva KİV-in ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun "nümayəndəsinin” ABŞ-a getməsi ilə bağlı mətbuatın suallarını cavablandırıb.

Anews.az-ın xəbərinə görə, o bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb:
"Səfirliyimiz tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədrinə də bu xüsusda etirazımız çatdırılıb.

Qondarma qurumun təmsilçisinin viza müraciətində yanlış məlumatlar verdiyi halda, bu məsələyə ABŞ tərəfindən göz yumulmasının və ABŞ-ın ümumi siyasətinə uyğun gəlməyən bu yanaşmanın təəccüb doğurduğu ABŞ rəsmilərinin qarşısında qaldırılıb.

ABŞ tərəfi Masis Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını və administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirib. ABŞ-ın separatçı rejimi tanımamaq siyasətinin dəyişməz olaraq qaldığı vurğulanıb.

Qeyd etmək istərdik ki, sözügedən məsələ ilə bağlı ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Dövlət Departamentinə etiraz notası ünvanlanacaq. Eyni zamanda, Xarici İşlər Nazirliyi ABŞ-ın Bakıdakı Səfirliyinə etirazını bildirəcək".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Siyasət 15:20
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Siyasət 09:35
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Siyasət 16:01
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Siyasət 14:59
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Siyasət 19:37
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Siyasət 12:56
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Siyasət 12:50
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Prezident onları təltif edib - Sərəncam
Siyasət 17:34
Prezident onları təltif edib - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol