• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
30.10.2019 21:00
Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) birgə təsis etdikləri "Globe Soccer Awards-2019”a namizədlərin siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, 4 nominasiyada iddiaçılar bəlli olub. 

Ən yaxşı futbolçu adına Kriştianu Ronaldo (Portuqaliya, "Yuventus”), Lionel Messi (Argentina, "Barselona”), Bernardu Silva (Portuqaliya, "Mançester Siti”), Məhəmməd Salah (Misir, "Liverpul”), Alisson Bekker (Braziliya, "Liverpul”), Sadio Mane (Seneqal, "Liverpul”), Vircil van Deyk (Hollandiya, "Liverpul”) iddia edir.

Ən yaxşı klub adına iddiaçılar "Liverpul” (İngiltərə), "Ayaks” (Hollandiya) və qadınlardan ibarət "Lion” (Fransa) komandalarıdır.
İlin ən yaxşı məşqçisi olmağa Yurgen Klopp ("Liverpul”), Fernandu Santuş (Portuqaliya), Erik Ten Haq ("Ayaks”), Camel Belmadi (Əlcəzair), Massimiliano Alleqri ("Yuventus”) namizəddir.

İlin kəşfi nominasiyasında
Ansu Fati ("Barselona”), Erlinq Holland ("Zalsburq”), Ceydon Sanço ("Borussiya” D), Joao Feliş ("Atletiko”) və Kayl Havertsın ("Bayer”) namizədliyi irəli sürülüb.

Qeyd edək ki, ən yaxşıların mükafatlandırılması mərasimi dekabrın 29-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 13:13
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Cəmiyyət 13:00
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Cəmiyyət 11:29
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol