• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Prezident Administrasiyası hansı işləri görür?

Prezident Administrasiyası hansı işləri görür?
01.11.2019 17:18
Prezident İlham Əliyevin sərəncamı ilə Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

Ölkə başçısının digər sərəncamı ilə S.Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib.  Administrasiya Prezidentə məruzələr təqdim edir

Oxu.Az-ın məlumatına görə, Administrasiya Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır.

Administrasiya qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir. Onları yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.

Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.

Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur. Bundan sonra Prezidentə müvafiq məruzələr hazırlanır.

Administrasiyaya ümumi rəhbərliyi Prezident həyata keçirir.  Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir.

Administrasiyada fəaliyyət göstərən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi daxil olmuş bütün məktubları, müraciətləri təhlil edərək Administrasiyanın müvafiq şöbələrinə və ya digər dövlət orqanlarına göndərir.

Ən mühüm məlumatlar müxtəlif məruzə və hesabatlara daxil edilərək Prezidentin nəzərinə çatdırılır. Prezidentin Administrasiyası Bakı şəhərinin mərkəzində, İstiqlaliyyət küçəsində yerləşir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Koreya Respublikasının yeni səfirini qəbul edib
Siyasət 12:17
İlham Əliyev Koreya Respublikasının yeni səfirini qəbul edib
Prezident Fələstinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Siyasət 11:57
Prezident Fələstinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:04
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Prezident Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Siyasət 00:05
Prezident Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Siyasət 20:24
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Azərbaycan Prezidenti Britaniya Kralını təbrik edib
Siyasət 18:37
Azərbaycan Prezidenti Britaniya Kralını təbrik edib
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 15:21
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
Hikmət Hacıyevdən agent iddialarına - Reaksiya
Siyasət 20:00
Hikmət Hacıyevdən agent iddialarına - Reaksiya
Ceyhun Bayramov Polşanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Siyasət 18:33
Ceyhun Bayramov Polşanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol