“McDonald’s” prezidenti qalmaqala görə vəzifəsini tərk edib
"McDonald’s” şirkətinin prezidenti Stiv İsterbruk tabeliyindəki işçilərdən biri ilə sevgi münasibətlərinə görə restoranlar şəbəkəsinin baş direktoru vəzifəsindən gedib.
Qeyd edilir ki, həmin vəzifədə onu Kris Kempjinski əvəz edib.
"McDonald’s” korporasiyası bu gün elan edib ki, onun direktorlar şurası Kris Kempjinskini prezident və baş icraçı direktor təyin edib. Qərar dərhal qüvvəyə minir”, deyə – xəbərdə bildirilir.
"McDonald’s” restoranlar şəbəkələri Amerikanın dünyada ən iri korporasiyalarından biridir. Onun əsası 1940-cı ildə San-Bernardinoda (Kaliforniya ştatı) qoyulub. Hazırda şirkətin qərargahı Çikaqoda (İllinoys ştatı) yerləşir. Şirkət in dünyanın 100-dən çox ölkəsində 38 mindən çox restoranı var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox