• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Göyçay və Hacıqabul İcra başçıları PA-ya niyə dəvət ediliblər? - FOTO

Göyçay və Hacıqabul İcra başçıları PA-ya niyə dəvət ediliblər?  - FOTO
04.11.2019 18:27
Daha iki icra başçısının vəzifələrindən gedəcəyi söylənilir.
Etikxeber.az-ın xəbərinə görə, vəzifələri ilə vidalaşacaqlar arasında bu dəfə Göyçayla Hacıqabulun İcra Hakimiyyəti rəhbərlərinin adları cəkilir.
Onların hətta, bu gün Prezident Administrasiyasına (PA) çağırıldıqları deyilir.
Qeyd edək ki, Hacıqabulun icra başçısı Əhməd Muxtarovun 68 yaşı var.
O, 2006-cı ildən bu yana 13 ildir Hacıqabulun icra başçısı vəzifəsində işləyir.
Eyni zamanda, Göyçayın icra başçısı Mehdi Səlimzadənin yaşının 60-ı ötdüyü bildirilir.
M. Səlimzadə isə 2016-cı ildən bu vəzifəni icra edir.
Qeyd edək ki, hər icra iki başçısından, xüsusilə, Ə. Muxtarovdan ciddi narazılıqlar var.


***
Həmçinin, Ağstafanın icra başçısı Nizaməddin Quliyevin vəzifəsi ilə vidalaşacağı qeyd edilir.
Qeyd edək ki, N. Quliyevin 65 yaşı var və bir neçə ay öncə Goranboydan Ağstafaya icra başçısı göndərilib.
Onun da PA-ya çağırıldığı bildirilir.
***
Saytımıza daxil olan digər məlumata görə, bu gün bütün icra başçıları (həmçinin, adları çəkilən və istefası gözlənilənlər) PA-ya dəvət ediliblər.
Onlar yeni PA rəhbəri Samir Nuriyevin iştirakı ilə keçirilən müşavirəyə qatılıblar.
Eyni zamanda, icra başçılarından (adları çəkilənlər də daxil olmaqla) bəzilərinin vəzifədən getmələri istənilib.
 


 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Siyasət 19:39
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Siyasət 23:27
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Siyasət 19:24
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
Siyasət 19:38
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
İlham Əliyev görüşlər keçirdi - Foto
Siyasət 19:24
İlham Əliyev görüşlər keçirdi - Foto
Liderlərin görüşü başladı - Fotolar
Siyasət 22:12
Liderlərin görüşü başladı - Fotolar
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Siyasət 18:54
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Siyasət 21:16
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Siyasət 23:48
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol