• $
  • £

Elşad Hacıyevin başına 10 min manat pul qoyan şəxs həbs edildi

Elşad Hacıyevin başına 10 min manat pul qoyan şəxs həbs edildi
04.11.2019 18:40
Bu il sentyabrın 29-da kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin "Facebook” sosial şəbəkəsində "Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.


Anews.az xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, "Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi "facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.



Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılaraq zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.


DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və saxlanılıb.


Yaşadığı evə baxış zamanı oradan 1 ədəd təklüləli yivsiz ov tüfəngi və "Makarov” tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülüb.


İlkin dindirmə zamanı F.Quliyev qonusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini etiraf edib.


Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Quliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Hazırda iş üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada avtomobil kanala aşıb, iki qardaş ölüb
Cəmiyyət 11:00
Neftçalada avtomobil kanala aşıb, iki qardaş ölüb
Allahşükür Paşazadə II İliyanın dəfnində iştirak edəcək
Cəmiyyət 09:38
Allahşükür Paşazadə II İliyanın dəfnində iştirak edəcək
Prezident Ramazan bayramı münasibətilə paylaşım edib
Cəmiyyət 08:46
Prezident Ramazan bayramı münasibətilə paylaşım edib
Azərbaycanda bayram namazı qılınıb
Cəmiyyət 08:30
Azərbaycanda bayram namazı qılınıb
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Cəmiyyət 08:16
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Bu gündən 11 günlük tətil başlayır
Cəmiyyət 00:11
Bu gündən 11 günlük tətil başlayır
Bu gün Azərbaycanda Novruz bayramıdır
Cəmiyyət 00:06
Bu gün Azərbaycanda Novruz bayramıdır
Azərbaycanda Ramazan bayramıdır
Cəmiyyət 00:05
Azərbaycanda Ramazan bayramıdır
Azərbaycanın Latviyadakı səfirliyi bayram günlərində fəaliyyət göstərməyəcək
Cəmiyyət 23:05
Azərbaycanın Latviyadakı səfirliyi bayram günlərində fəaliyyət göstərməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol