• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR - VİDEO

Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR - VİDEO
28.05.2020 23:09
Əmək fəaliyyəti ilə məşğul olan elə şəxslər var ki, pensiya təyin edildikdən qısa müddət sonra vəfat edir. Təbii ki, həmin şəxsin hesabında müəyyən qədər vəsait olur. Bu zaman həmin vəsaitin aqibəti haqqında müəyyən suallar yarana bilər. DSMF bu məsələyə aydınlıq gətirib. Belə ki, pensiya təyin edilmiş vətəndaşın vəfat etməsindən sonra onun almadığı pensiya ödənişləri vərəsələrinə yönəldilə bilər.
Pensiya təyin edilmiş vətəndaşın vəfat etməsindən sonra onun almadığı pensiya ödənişləri vərəsələrinə yönəldilə bilər.

Oxu24.com xəbər verir ki, dövlət sosial müdafiə fondunun şöbə müdiri Eyvaz İsmayılov bildirib ki, indiyə qədər 150 minədək vərəsəyə vəfat etmiş şəxsin pensiyası təyin edilib.

Şöbə müdirinin sözlərinə görə qanunvericilikdə bu məqsədlə bir sıra tələblər nəzərdə tutulub.Pensiya ala biləcək vərəsə qismində vəfat etmiş pensiyaçının həyat yoldaşı çıxış edə bilər. Burada əsas şərtlərdən biri həyat yoldaşının da pensiya alacaq yaşda olmasıdır.

Eyvaz İsmayılov bildirib ki,vəfat etmiş şəxsin həyat yoldaşı da pensiya alırsa, bu zaman ona seçim etmək hüququ verilir
 
Həyat yoldaşından başqa vəfat etmiş şəxsin övladları da vərəsə kimi pensiyanı ala bilərlər.Bu zaman bir sıra meyarlar əsas götürülür

Eyvaz İsmayılovun sözlərinə görə pensiya təyin edilmiş vətəndaş vəfat etdikdən sonra onun heç bir vərəsəsi olmasa, yaxud da həyat yoldaşı və övladları pensiya almaq üçün nəzərdə tutulan tələblərə cavab vermirlərsə, o zaman balansda yığılan vəsait cari pensiyaçıların maliyyələşdirilməsinə yönəldilir.Vərəsə qismində pensiya alacaq vətəndaşlar lazımi sənədlərlə dövlət sosial müdafiə fondunun rayon şöbələrinə müraciət edə bilərlər.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda bu borcları hökumət ödəyəcək - VİDEO
İqtisadiyyat 21:55
Azərbaycanda bu borcları hökumət ödəyəcək - VİDEO
Azərbaycanda bu şəxslərə yeni güzəştlər ediləcək - VİDEO
İqtisadiyyat 09:27
Azərbaycanda bu şəxslərə yeni güzəştlər ediləcək - VİDEO
Azərbaycanda bu şəxslərə ildə bir dəfə müalicə üçün müavinət ödənəcək - VİDEO
İqtisadiyyat 10:56
Azərbaycanda bu şəxslərə ildə bir dəfə müalicə üçün müavinət ödənəcək - VİDEO
Maaş və pensiyalar nə vaxt və nə qədər artacaq? - Deputat AÇIQLADI - VİDEO
İqtisadiyyat 09:12
Maaş və pensiyalar nə vaxt və nə qədər artacaq? - Deputat AÇIQLADI - VİDEO
İşləməyən, amma cərimələdən işıqfor – VİDEO
İqtisadiyyat 22:00
İşləməyən, amma cərimələdən işıqfor – VİDEO
Maliyyə Nazirliyi açıqlama yayıb - VİDEO
İqtisadiyyat 09:12
Maliyyə Nazirliyi açıqlama yayıb - VİDEO
Unibank filialı yeni konseptdə və yeni ünvanda - FOTO/VIDEO
İqtisadiyyat 16:40
Unibank filialı yeni konseptdə və yeni ünvanda - FOTO/VIDEO
İqtisadiyyat 09:15
"300 dolları istər bir dəfə, istər beş dəfə bəyan edə bilərlər" - VİDEO
Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
İqtisadiyyat 23:30
Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol