• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

İcbari tibbi sığorta üzrə xidmətlər zərfi hazırdır - RƏSMİ

İcbari tibbi sığorta üzrə xidmətlər zərfi hazırdır - RƏSMİ
08.11.2019 14:48
İcbari tibbi sığortanın (İTS) tətbiqini təmin etmək məqsədilə əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusu (xidmətlər zərfi) hazırlanıb. Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili yardım xidməti, ambulator, stasionar, həyati vacib dəyəri yüksək xidmətlər daxildir.

Yeniavaz.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Məlumata əsasən, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Agentlikdən bildirilib ki, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

Tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (bundan sonra İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Ümumilikdə ölkə üzrə tibb müəssisələri 3092 ədəd kompüter avadanlığı ilə təchiz olunub.

Bildirilib ki, İTS-nin ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda "Həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:30
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Ucarda yük maşını ilə minik maşını toqquşub, yaralılar var
Cəmiyyət 15:15
Ucarda yük maşını ilə minik maşını toqquşub, yaralılar var
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 13:22
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:51
Sabahın hava proqnozu
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Cəmiyyət 11:08
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Zaqatalada mehmanxanada yanğın olub
Cəmiyyət 09:02
Zaqatalada mehmanxanada yanğın olub
Adil Kərimli Omanda görüş keçirib
Cəmiyyət 23:59
Adil Kərimli Omanda görüş keçirib
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Cəmiyyət 23:00
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol