• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Daha bir partiya bələdiyə seçkilərindən imtina etdi

Daha bir partiya bələdiyə seçkilərindən imtina etdi
11.11.2019 11:40
2019-cu il noyabrın 10-da Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keşirilib. İclasda ölkədəki mövcud-ictimai siyasi vəziyyət, bələdiyyə seçkiləri, təşkilatı və cari məsələlər müzakirə olunub.

BAKU.WS Partiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, birinci məsələ ətrafında geniş məruzə edən VİP sədri Əli Əliyev ölkədə yaranmış durumu ətraflı təhlil edib.

O, rəsmi təbliğatda "islahat” kimi qələmə verilən dəyişikiliklərin imitasiyadan başqa bir şey olmadığını vurğulayaraq, hakimiyyətin real islahatlara getmək niyyətinin görünmədiyini deyib. Ə.Əliyev VİP-in real müxalifət qüvvələri arasında əməkdaşlığın hər zaman tərəfdarı olduğunu qeyd edərək, indiki şəraitdə cəmiyyətdəki narazı kəsimin təşkilatlandırılmasının vacibliyini önə çəkib. VİP sədri ölkə iqtisadiyyatında neqativ tendensiyaların davam etdiyini bildirərək, neftdən asılılığın aradan qaldırılması istiqamətində əsaslı addımların atılmadığını, əhalinin sosial müdafiəsinin təmin olunmasına yönəlik tədbirlərin yetərsizliyini diqqətə çatdırıb.

VİP-in bələdiyyə seçkilərində iştirakına dair fikirlərini bildirən Məclis üzvləri ölkədə seçki mühitinin dəyişməz qaldığını əsas götürərək, partiyanın bələdiyyə seçkilərində iştirak etməməsi haqqında qərar qəbul ediblər.

İclasda VİP sədrinin təqdimatı ilə partiyanın Siyasi Şurasında yaranmış vakansiyalara namizədlər irəli sürülərək, təsdiqlənib. Məclis VİP Mərkəzi Aparatının yenidən formalaşdırılması üçün Ə.Əliyevə və VİP Siyasi Şurasına müvafiq səlahiyyət verib.

Məclisin iclası cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol