• $
  • £

Qubada quldurluq edən dəstə üzvünün məhkəməsi başlayıb

Qubada quldurluq edən dəstə üzvünün məhkəməsi başlayıb
14.11.2019 21:30
Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada quldurluq etməkdə ittiham edilən dəstə üzvlərindən olan Mustafa Əmrahlının cinayət işi üzrə hazırlıq iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsə dövlət hesabına vəkil təyin edilib.

Mahiyyəti üzrə baxış iclası noyabrın 18-də keçiriləcək.
Qeyd edək ki, M.Əmrahlı bu il aprelin 1-də Quba rayonunun Birinci Nügədi kənd sakini Hamlet İbrahimovun evinə basqın edən dəstə üzvlərindən biridir.
Dəstə üzvləri ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq ona müxtəlif bədən xəsarətləri yetirib, evdən külli miqdarda pul və mobil telefon oğurlayıblar.

Quldurluq hadisəsini törətməkdə ittiham edilən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov, Ülvi Əmirov və Məhəmməd Tağıyev saxlanılıblar. Onların cinayət işinə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılılır.
Daha sonra cinayətkar dəstənin digər üzvü kimi axtarışa verilən Şəki şəhər sakini, Əmrahlı Mustafa Mehman oğlu da saxlanılaraq istintaqa cəlb edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən gün Azərbaycanda narkotiklə əlaqəli 14 fakt aşkarlanıb
Cəmiyyət 15:24
Ötən gün Azərbaycanda narkotiklə əlaqəli 14 fakt aşkarlanıb
Küləklə bağlı narıncı və sarı xəbərdarlıq edilib
Cəmiyyət 14:22
Küləklə bağlı narıncı və sarı xəbərdarlıq edilib
Ağdamda kənd sakini minaya düşüb
Cəmiyyət 14:16
Ağdamda kənd sakini minaya düşüb
Temperatur 5° enəcək, yollar buz bağlayacaq- Xəbərdarlıq
Cəmiyyət 13:54
Temperatur 5° enəcək, yollar buz bağlayacaq- Xəbərdarlıq
Gəncədə 73 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 13:49
Gəncədə 73 yaşlı kişinin meyiti tapılıb
Azərbaycanda külək enerjisinin istehsalı 42 dəfəyə yaxın artıb
Cəmiyyət 13:40
Azərbaycanda külək enerjisinin istehsalı 42 dəfəyə yaxın artıb
Sabah yağış intensivləşəcək, subasma halları istisna olunmur
Cəmiyyət 13:33
Sabah yağış intensivləşəcək, subasma halları istisna olunmur
Kamran Əliyev nöqsanlara görə prokuroru işdən çıxarıb
Cəmiyyət 12:46
Kamran Əliyev nöqsanlara görə prokuroru işdən çıxarıb
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur
Cəmiyyət 12:18
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol