• $
  • £

"Ermənistan onsuz da dünənin dövlətidir..." - Ərdoğan erməniləri köçəri adlandırdı - VİDEO

28.05.2020 23:07
Ermənistana gəlin "arxivlərimizi açaq” dedik, amma gəlmədilər.
Anews.az  axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-da Dəyanət Mərkəzində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ermənistana "ortaq tarix komissiyası quraq, tərkibində üçüncü tərəflər də olsun” dedik. Bu məsələnin həlliylə bağlı bütün xoş niyyətimizi və siyasi iradəmizi ortaya qoyduq. "Arxivləriniz varsa, siz də açın” dedik və biz arxivlərimizi açdıq. Bizim sadəcə Türkiyə Silahlı Qüvvələri arxivində 1 milyon sənədimiz var. "Buyurun, gəlin” dedik, amma gəlmədilər, gələ bilmirlər. Niyə? Çünki çalışmağa başladıqları zamanı axtardıqlarını tapa bilməyəcəklərini özləri də bilirlər. "Buyurun, Harvardın, Fransanın belə bir kiçik arxivi var”, - dedik, amma onu da qəbul etmədilər”, - Ərdoğan bildirib.
O qeyd edib ki, "erməni soyqırımı” məsələsi gündəmə gələndə siyasətçilər yox, tarixçilər önə çıxmalıdırlar:
"Ermənistan onsuz da dünənin dövlətidir. 1991-ci ildə dövlət olublar. Bundan öncə müxtəlif yerlərdə köçəri olaraq dolaşırdılar. Türkiyədə də eyni şəkildə köçəri olaraq yaşarkən, məcburi köç məsələsi gündəmə gəldi, bu addımlar atırdı. Bu gün Türkiyədə 100 minə yaxın erməninin olduğunu bilirsinizmi? Bunun 60 mini vətəndaşımızdır, 40 mini qeyri-qanuni şəkildə ölkəmizdə yaşayır. Biz bu 40 mini ölkəmizdən deport etməmişik. Bunları Ermənistana göndərə bilərdik, amma göndərmədik. Məhz bu, türk millətinin insani keyfiyyətini ortaya qoyur. Bunu görmürlər və görmək istəmirlər. Ermənistan ölkələrimiz arasında 2009-cu ildə imzalanan protokolları ratifikasiya etməkdən qaçdı. Erməni diasporu isə yalan və iftiralarına davam edərək, ölkəmizə qarşı qara piarını davam etdirdi. Bunların işi və pulu çoxdur.
ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qərar təəssüf ki, siyasi revanş halına gətirilib. Alınan qərarın tarixi reallıqlarla heç bir əlaqəsi olmadığı aşkardır. Bu qərar bizim nəzərimizdə yox hökmündədir. Bu cür siyasi qərarlarla ölkəmizi basqı altına alacağını düşünənlər tez, ya da gec yanıldıqlarını anlayacaqlar”.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cabir İmanovla vida mərasimi keçirilir - CANLI
Siyasət 13:58
Cabir İmanovla vida mərasimi keçirilir - CANLI
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Cəmiyyət 17:57
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Ermənistanın atəş nöqtələrinin vurulması  - VİDEO
Siyasət 10:15
Ermənistanın atəş nöqtələrinin vurulması - VİDEO
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Siyasət 14:07
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
Siyasət 14:48
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Cəmiyyət 19:29
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Siyasət 23:46
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
Siyasət 19:39
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
Siyasət 11:30
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol