• $ 1.7
  • € 2.0105
  • ₽ 0.022069
  • ₺ 0.039
  • £ 2.3128

Qəbiristanlığında xeyli sayda silah-sursat tapıldı - FOTO

Qəbiristanlığında xeyli sayda silah-sursat tapıldı - FOTO
29.05.2020 11:01
Xaçmaz qəbiristanlığında xeyli sayda silah-sursat tapılıb.

ANAMA-dan Unikal.org-a verilən məlumata görə, 18 noyabr tarixində saat 17:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xaçmaz rayonu, İzmayılovka qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda mərmiyə bənzər əşyanın tapılması barədə məlumat daxil olub.

Məlumatın axşam saatlarında daxil olmasını nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xaçmaz rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları 2019-cu il 19 noyabr tarixində həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Xaçmaz rayon Polis şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hər biri təlim məqsədli olmaqla 3 ədəd tank əleyhinə mina (UTM-62M), 3 ədəd tank əleyhinə minanın partladıcısı (UMVÇ-62), 2 ədəd F-1 əl qumbarası, 2 ədəd RQD-5 əl qumbarası, 4 ədəd UZRQM partladıcısı və 1 ədəd boş avtomat darağı aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda kondensat hasilatı azalıb
Cəmiyyət 15:50
Azərbaycanda kondensat hasilatı azalıb
Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Cəmiyyət 14:53
Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
Cəmiyyət 14:33
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib

Ağsu aşırımında buz bağlayan yolda iki avtomobil aşıb
Cəmiyyət 12:56
Ağsu aşırımında buz bağlayan yolda iki avtomobil aşıb
Ceyhun Xəlilov: Öz texnologiyamızı yaratmalıyıq
Cəmiyyət 12:44
Ceyhun Xəlilov: Öz texnologiyamızı yaratmalıyıq

Sabah bəzi dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq
Cəmiyyət 12:30
Sabah bəzi dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq
Rəşad Xəlilov: Rəqəmsal sərhədlərin müəyyənləşdirilməsi üçün fəlsəfi yanaşma vacibdir
Cəmiyyət 12:19
Rəşad Xəlilov: Rəqəmsal sərhədlərin müəyyənləşdirilməsi üçün fəlsəfi yanaşma vacibdir

Aeroport yolunda məhdudiyyət tətbiq olunacaq
Cəmiyyət 12:06
Aeroport yolunda məhdudiyyət tətbiq olunacaq
Elvin Abbasov: süni intellektdə hədəf istehsalçı ölkə olmaqdır
Cəmiyyət 12:00
Elvin Abbasov: süni intellektdə hədəf istehsalçı ölkə olmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol