• $ 1.7
  • € 1.9729
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.3058

Qubada qanunsuz torpaq satan bələdiyyə sədri həbs edildi

Qubada qanunsuz torpaq satan bələdiyyə sədri həbs edildi
21.11.2019 12:55
Dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin icra edilməsi məqsədi ilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun davranış qaydaları və etik normalarına riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Yeni Sabah"a bildirilib ki, Quba şəhər bələdiyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2.5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmasını təmin etmək üçün rayon sakininin 1750 manat pulunu rüşvət kimi tələb edərək almasına, bundan başqa vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun tələblərini qəsdən pozaraq tanışlıq münasibətləri olan ayrı-ayrı şəxslərə hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyəyə məxsus 3090 manat dəyərində 0,06 ha torpaq sahəsini sataraq bələdiyyənin mülkiyyətindən çıxarmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. 

D.Tərlanov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə 2 nəfər qidadan zəhərlənib
Cəmiyyət 11:20
Bərdədə 2 nəfər qidadan zəhərlənib
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir - Video
Cəmiyyət 10:44
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir - Video
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var
Cəmiyyət 10:12
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var
İyunun sosial yardımları ödənilib
Cəmiyyət 10:09
İyunun sosial yardımları ödənilib
Sabirabadda yol qəzası baş verib, üç nəfər ölüb
Cəmiyyət 09:19
Sabirabadda yol qəzası baş verib, üç nəfər ölüb
Füzuli rayonunda yeniyetmə kanalda batıb
Cəmiyyət 08:40
Füzuli rayonunda yeniyetmə kanalda batıb
Azərbaycanda Məhərrəm ayı başlayıb
Cəmiyyət 08:17
Azərbaycanda Məhərrəm ayı başlayıb
Sertifikatlaşdırma imtahanının test mərhələsi yekunlaşıb
Cəmiyyət 21:55
Sertifikatlaşdırma imtahanının test mərhələsi yekunlaşıb
AQTA Tovuzda baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb- Yenilənib
Cəmiyyət 21:14
AQTA Tovuzda baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol