• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Azərbaycanda ətlə bağlı xəbərdarlıq – Yeni qadağa bahalaşma gətirəcək

Azərbaycanda ətlə bağlı xəbərdarlıq – Yeni qadağa bahalaşma gətirəcək
21.11.2019 14:18
Xəbər verdiyimiz kimi, Gürcüstandan mal-qaranın ixracına tətbiq olunan məhdudiyyətlərin sərtləşdirilməsi planlaşdırılır. Sənədə əsasən, ixrac olunacaq iribuynuzlu mal-qaranın çəkisinin 140 kiloqramdan 200 kiloqrama qədər artırılması nəzərdə tutulub. Qanun layihəsi ilin sonuna qədər ölkə parlamentinə təqdim olunacaq.

Mal-qara ixracına olan məhdudiyyətlərin sərtləşdirilməsi əsasən daxili bazarda ət çatışmazlığının yaranması ilə izah edilib. Lakin bu qərarın Azərbaycanda ət bahalaşmasına gətirib çıxaracağı gözlənilir. Bildirilir ki, Azərbaycan bu ölkədən diri mal-qara idxal edən əsas ölkələrdən biridir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan qonşu ölkədən ümumi dəyəri 6 724,7 min dollar olan 4 028 ton diri iribuynuzli mal-qara tədarük edib.

Bəs Gürcüstanın ət ixracında məhdudiyyətləri sərtləşdirməsi Azərbaycanda ətin qiymətinə necə təsir edəcək? Bu bizdə bahalaşmaya səbəb ola bilərmi?
Mövzu ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli "Yeni Sabah”a danışıb. O, ölkəmizdə ətin bahalaşma ehtimalının yüksək olduğunu bildirib:
"Gürcüstan təkcə Azərbaycan üçün yox, həmçinin Türkiyə üçün də ixracatçı ölkədir. Bu məhdudiyyətin qoyulmasının səbəbi yaşı az olan və özü bala verməyə qadir olan mal-qaranın ixaracatının qarşısını almaqdır. Artıq yaşlaşmış, bala vermiş mal-qaranın ixracatı önə çəkilir. Həm Türkiyə, həm də Azərbaycan əsasən buzovların ixracatına üstünlük verirlər. Sonra bu mal-qaranı diri gətirdikləri halda kökəldərək daha baha qiymətə satırlar. Azərbaycan idxalçıları üçün buzovun satın alınması qiymətin daha az ucuz başa gəlməsinə səbəb olurdu. İndi isə bunun qarşısını alnmaq istəyirlər. Əlbətdə ki, bunun Azərbaycana müəyyən təsirləri olacaq. Gürcüstan Azərbaycan üçün əsas tədarükçü ölkədir. Azərbaycanın da idxalı hər il artır. 

Yerli mal-qaranın istehsal gücü 2015-2016-ci ildən sonra azaldığı müşahidə olunur. Bunun səbəbi də örüş yerlərində, yem bazası olan rayonlarda texniki bitkilərin əkilməsinin artmasıdır. Bu yemin qiymətini qaldırdı və bəzi maldarlara maldarlıqla məşğul olmaq sərfəli olmadı. Ona görə də həm yerli istehsal ürəkaçan deyil, həm də xaricdən daha çox ət almağa başladıq. Bunun səbəbi də ölkə əhalisinin artımı və turistlərin sayındakı artımdır. Bu il turistlərin sayının 3 milyona çatacağı gözlənilir. Gürcüstanın bu qadağasından sonra ət bazarında müəyyən gərginliyin olması ehtimalı var. Əsasəndə yeni il bayramı öncəsi qiymətlərin qalxması ehtimalı çox yüksəkdir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibbi-meteoroloji proqnoz açıqlanıb
Cəmiyyət 18:56
Tibbi-meteoroloji proqnoz açıqlanıb
Пострадавшая при стрельбе в лицее İdrak учительница переведена в палату
Cəmiyyət 17:01
Пострадавшая при стрельбе в лицее İdrak учительница переведена в палату
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:55
Külək güclənəcək - XƏBƏRDARLIQ
Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird həbs olunub
Cəmiyyət 16:30
Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird həbs olunub
Bakıda liseydə şagirdin güllələdiyi müəllim palataya köçürülüb
Cəmiyyət 16:07
Bakıda liseydə şagirdin güllələdiyi müəllim palataya köçürülüb
Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisənin bəzi detalları
Cəmiyyət 14:47
Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisənin bəzi detalları
Bakıda əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb
Cəmiyyət 14:00
Bakıda əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb
Türkiyədə avtobus aşıb, 16 nəfər xəsarət alıb
Cəmiyyət 13:56
Türkiyədə avtobus aşıb, 16 nəfər xəsarət alıb
Nəsimidə 3 kiloqramdan çox narkotik aşkarlanıb
Cəmiyyət 13:27
Nəsimidə 3 kiloqramdan çox narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol