• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

İlham Əliyev açılışda

İlham Əliyev açılışda
28.05.2020 21:54
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı şəkildə təmir və yenidənqurma işləri ardıcıl olaraq həyata keçirilir. Hər il olduğu kimi, bu il də respublikanın hər yerində mövcud məktəblər təmir edilir, müasir təhsil müəssisələri, yeni tədris korpusları, idman meydançaları, iclas zalları inşa olunaraq ən müasir avadanlıqla təchiz edilir.Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi.Qeyd edildi ki, Məktəb-Lisey Kompleksi istedadlı və qabiliyyətli uşaqlara qayğının artırılması ilə bağlı Dövlət Proqramına uyğun olaraq 2010-cu ildə Bakı Slavyan Universiteti Humanitar Liseyinin və Bakı şəhər 15 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Kompleksdə minə yaxın şagird təhsil alır. Məktəb-liseydə 33 sinif fəaliyyət göstərir. Təhsil Azərbaycan və rus dillərində həyata keçirilir. Azərbaycan bölməsində 600, rus bölməsində isə 400-dək şagird təhsil alır. Məktəbin binası 1935-ci ildə inşa olunub. Əvvəllər hospital kimi fəaliyyət göstərən bina 1958-ci ildə məktəbə çevrilib. Bu müddət ərzində məktəb binası ilk dəfə olaraq əsaslı şəkildə təmir edilir. Binada bənd-bərkitmə işləri həyata keçirilib.Yeni dərs ili ərəfəsində təhsil kompleksinin 4800 kvadratmetr ərazisi əsaslı şəkildə yenidən qurulub, lisey ən müasir tədris ləvazimatları və avadanlıqla təchiz edilib. Binanın birinci mərtəbəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində görülən işləri əks etdirən fotostend yaradılıb.Dövlət başçısı təhsil kompleksinin sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə tanış oldu.

Kompleksin istilik və işıqlandırma sistemləri, akt zalı, açıq və örtülü idman meydançaları yüksək standartlara uyğun şəkildə yenidən qurulub. Məktəb-Lisey Kompleksinin həyətyanı sahəsində də abadlıq və quruculuq işləri həyata keçirilib.//Anspress

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə məişət tullantıları yığılmış ərazi yanır
Cəmiyyət 19:10
Binəqədidə məişət tullantıları yığılmış ərazi yanır
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
"Gəncə Sukanal" ləğv olunur
Cəmiyyət 17:19
"Gəncə Sukanal" ləğv olunur
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Cəmiyyət 17:02
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Deputat: Salyanda şagirdlər 4 növbədə oxumağa məcburdur
Cəmiyyət 16:16
Deputat: Salyanda şagirdlər 4 növbədə oxumağa məcburdur
Qubada kvadrisikl qəzaya uğrayıb, ölən var
Cəmiyyət 15:43
Qubada kvadrisikl qəzaya uğrayıb, ölən var
Deputat: Ağsuda zəlzələdən zərər görən 477 ev hələ də təmir olunmayıb
Cəmiyyət 15:42
Deputat: Ağsuda zəlzələdən zərər görən 477 ev hələ də təmir olunmayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol