• $ 1.7
  • € 1.9816
  • ₽ 0.021725
  • ₺ 0.0406
  • £ 2.2805

Zəhərlənən tələbələrin rəfiqələrinin ürək dağlayan sözləri - VİDEO

Zəhərlənən tələbələrin rəfiqələrinin ürək dağlayan sözləri - VİDEO
22.11.2019 17:15
Bakı Dövlət Universitetinin 2№li yataqxanasında zəhərlənmə hadisəsinin yeni təfərrüatları məlum olub. 

Anews.az APA TV-yə itinadla xəbər verir ki, həkimlər Mətbuat küçəsi-36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Onlar - Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyevadır.
Ölən tələbənin Fizika fakültəsinin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova olması müəyyən edilib. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

"Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.”

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev xəstəxanaya gəlib.
İkin araşdırmalardan və digər tələbələrin verdiyi məlumatdan ehtimal olunur ki, zəhərlənmə tələbələrin ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan istifadəsi zamanı baş verib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bəzi rayonlara yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:46
Sabah bəzi rayonlara yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Cəmiyyət 12:44
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Milli Məclisin növbəti iclası oktyabrın 24-də keçiriləcək
Cəmiyyət 12:27
Milli Məclisin növbəti iclası oktyabrın 24-də keçiriləcək
Deputatdan həmkarına: Mənə saxtakar dedi - Video
Cəmiyyət 12:21
Deputatdan həmkarına: Mənə saxtakar dedi - Video
Doqquz ayda narkotiklə bağlı 6516 cinayət faktı aşkarlanıb
Cəmiyyət 12:08
Doqquz ayda narkotiklə bağlı 6516 cinayət faktı aşkarlanıb
Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb edilib
Cəmiyyət 11:24
Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb edilib
Bakıda məktəbli bıçaqlanıb
Cəmiyyət 10:49
Bakıda məktəbli bıçaqlanıb
DYP yağışlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 10:12
DYP yağışlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Yaxın günlərdə "Zindan qalası"nda təmir işləri başlanılacaq
Cəmiyyət 10:08
Yaxın günlərdə "Zindan qalası"nda təmir işləri başlanılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol