• $
  • £

AMEA-da işə qəbul qaydaları DƏYİŞİR

AMEA-da işə qəbul qaydaları DƏYİŞİR
29.05.2020 11:13
AMEA Rəyasət Heyəti aparatının strukturunun və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamına əsasən yaradılmış komissiyanın ilk iclası keçirilib.

AMEA-dan verilən xəbərə görə, iclası komissiyanın sədri, AMEA-nın akademik-katibi Əminağa Sadıqov açaraq AMEA prezidentinin sərəncamının icrası ilə bağlı komissiyanın qarşısında duran vəzifələrdən danışıb. O bildirib ki, komissiya tərəfindən Azərbaycan elminin və Milli Elmlər Akademiyasının gələcək inkişaf perspektivlərini nəzərə alaraq AMEA Rəyasət Heyəti aparatının yeni strukturunu, "Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturası”nın yeni layihəsini və geniş elmi dünyagörüşə, hərtərəfli biliyə malik, məsuliyyətli və işgüzar mütəxəssislərin obyektiv meyarlar əsasında seçimini təmin etmək məqsədilə təkliflər hazırlanıb yaxın günlərdə AMEA-nın prezidentinə təqdim olunmalıdır. Komissiya sədri AMEA Rəyasət Heyətinin fəaliyyətinin optimallaşdırılması, aparatın strukturunun təkmilləşdirilməsi, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsi, dövlət proqramlarının icrasının təmin edilməsi sahəsində fəaliyyətin yaxşılaşdırılması, elektron sənəd dövriyyəsinin daha geniş tətbiqi və sənədlərin icrasına nəzarətin gücləndirilməsi məqsədilə təkliflərin hazırlanmasını da komissiyanın qarşısında duran əsas vəzifə kimi xüsusi vurğulayıb.

İclasda eyni zamanda AMEA-da vəzifə nomenklaturasının yenidən işlənilməsi, AMEA Rəyasət Heyəti aparatına, onun struktur bölmələrinə kadrların seçimi və işə qəbulunun obyektiv meyarlar əsasında ciddi ekspertizası istiqamətində müvafiq təkliflərin hazırlanması istiqamətində də müzakirələr aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol