• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Azərbaycanda nazirlərin yüksək vəzifədə işləyən qardaşları - SİYAHI

Azərbaycanda nazirlərin yüksək vəzifədə işləyən qardaşları - SİYAHI
03.12.2019 15:55
Mətbuatda nazirlərin yüksək vəzifə tutan qohumları barədə mütəmadi olaraq məlumatlar yayılır.

Yeniavaz.com xəbər verir ki, yüksək vəzifələrdə çalışan qohumlar arasında bəzən nazirlərin qardaşlarına da rast gəlmək olur.
Qardaşı yüksək vəzifədə işləyən nazirlərdən biri Kənd Təsərrüfatı naziri İnam Kərimovdur. İnam Kərimovdan 2 yaş balaca olan Mətin Kərimli 1979-cu ildə andan olub. Hazırda Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavinidir. Qardaşı İnam Kərimov kimi Mətin Kərimli də ABŞ-da təhsil alıb. Mətin Kərimli məşhur Harvard Universitetində magistr təhsil alıb. İngilis, fransız, rus və ispan dillərini bilən Mətin Kərimli nazir müavini olmazdan əvvəl Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləyib.

Qardaşı yüksək vəzifədə işləyən nazirlərdən biri də Təhsil naziri Ceyhun Bayramovdur. Təhsil nazirinin özündən 3 yaş böyük olan qardaşı Azər Bayramov hazırda Maliyyə nazirinin müavini vəzifəsini icra edir. İnam Kərimovun qardaşı kimi Ceyhun Bayramovun da qardaşı əvvəllər Vergilər Nazirliyində yüksək vəzifədə çalışıb. Azər Bayramov 1997 -1999-cu illərdə  "İri vergi ödəyiciləri ilə iş üzrə" idarənin rəisi olub. Daha sonra - 2000-2004-ci illərdə isə Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 

Qardaşı yüksək vəzifədə işləyən nazirlərdən biri isə Gənclər və idman naziri Azad Rəhimovun qardaşı Murad Rəhimovdur. Murad Rəhimovun rəsmi tərcümeyi-halı açıqlanmasa da, nazir qardaşının Prezidentin 12 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr təyin edildiyi bilinir. Onu da bildirək ki, Murad Arif oğlu Rəhimov eyni zamanda "Bakı Kristal Zal" MMC-nin qanuni təmsilçisidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol