Donald Tramp : “Suriya nefti ilə nə istəsək, edəcəyik”
ТАСС аgentliyinin
məlumatına görə, ABŞ Prezidenti Donald
Tramp alyansın London sammiti öncəsi Natonun Baş Katibi Yens Stoltenberq ilə
görüşündən sonra açıqlayıb ki, onun ölkəsi Suriyanını neft yataqlarını "İslam
dövlətinə” qalib gəlmək üçün nəzarətə götürüb. İndi isə neftlə istədiklərini edə
bilərlər.
www.anews.az
D.Tramp
əlavə edib ki, "İslam dövləti” neft üzərində nəzarəti saxlamağa cəhd edib. Lakin
müvəffəq ola bilməyib. Bu məsələdə ABŞ əhəmiyyətli sayda qüvvələrin dəstəyini
alır. Böyük ehtimalla, bölgədə saxlanılan yeganə hərbi qüvvə nefti mühafizə etmək
üçün saxlanılacaq.
Tərcümə:
Cavid Zahidoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər