• $
  • £

Azercell – gələcək texnologiyalar dünyasında sizin bələdçiniz

Azercell – gələcək texnologiyalar dünyasında sizin bələdçiniz
29.05.2020 08:51
Ən son yenilikləri və qabaqcıl texnoloji həlləri bir araya gətirən "Azercell Telekom" MMC, 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçiriləcək "Bakutel”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edir. 

Hələ iyun ayında ictimaiyyətə yeni brend kimliyini və rəqəmsallaşmaya doğru dəyişən strategiyasını açıqlayan Azercell şirkəti, hazırda  5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. "Gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutan bir şirkət kimi, yüksək sürətli mobil internet və daimi bağlantını təmin etməyi hədəfləyirik. Azercell növbəti dəfə yerli bazarda lider mövqeyini qoruyaraq,  ölkədə ilk 5G  yeni nəsil simsiz şəbəkəsini təqdim etdi. İnanırıq ki, 5G texnologiyası müasir genişzolaqlı mobil rabitə xidmətlərində  çevrilişə səbəb olmaqla bərabər, sənaye sahələri və müxtəlif müəssisələrdə yüksək məhsuldarlıq və effektivlik əldə etmək, habelə müştəri təcrübəsini mükəmməlləşdirmək üçün yeni imkanlar yaradacaq"- deyə Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev dekabr ayının 3-də Azercell-in Bakutel sərgisindəki stendində baş tutmuş mətbuat konfransında çıxışı zamanı bildirdi.
Qeyd etmək lazımdır ki, mətbuat konfrasından dərhal sonra Azercell-in prezidenti Vahid Mürsəliyev və Ericsson şirkətinin Şərqi Avropa və Orta Asiya üzrə  prezidenti  Sebastyan Tolstoy Azərbaycanda 5G şəbəkəsinin qurulmasını və 5G texnologiyasının inkişafınının sürətləndirilməsini həyata keçirən  iki strateji tərəfdaş kimi jurnlaistlər və Bakutel ziyarətçiləri qarşısında Anlaşma Memorandumu imzaladılar.

Beləliklə, bu ilin noyabr ayında Bakının Fontanlar meydanında baş tutan ilk pilot 5G şəbəkəsinin təqdimatından sonra, Azercell Telekom öz daimi tərəfdaşı Ericsson şirkətilə birlikdə ölkənin ən  mühüm texnoloji tədbiri Bakutel sərgisində 5G texnologiyasına əsaslanan demo nümunələrini, həmçinin şirkətin biznes və pərakəndə müştəriləri üçün  nəzərdə tutulan geniş çeşidli rəqəmsal məhsul, həllərini nümayiş etdirir!

Həmçinin sərgi çərçivəsində "SmartCell" həllinin tətbiqi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev memorandum imzalayıb.  Məlumat üçün bildirək ki, "SmartCell" – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.












 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol