• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Kapital Bank yenilənən Cəlilabad filialını istifadəyə verdi

Kapital Bank yenilənən Cəlilabad filialını istifadəyə verdi
06.12.2019 12:26
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Cəlilabad filialı, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 121  ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Cəlilabad filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. 

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 50-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 25-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari il ərzində Bakı, region və Naxçıvan MR əraziləri üzrə 10 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 5 yeni struktur bölmə (şöbə və filial)  istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Sarayda sexdə yanğın olub
Cəmiyyət 12:10
Sarayda sexdə yanğın olub
Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb
Cəmiyyət 11:25
Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb
Tovuzda avtomobil yanıb
Cəmiyyət 10:55
Tovuzda avtomobil yanıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 09:30
Bu ərazilərdə qaz olmayacaq
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
Cəmiyyət 08:56
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb
Cəmiyyət 22:30
Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 21:45
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var
Zaqatalada 2 yaşlı uşaq çayda boğulub
Cəmiyyət 19:00
Zaqatalada 2 yaşlı uşaq çayda boğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol