• $
  • £

Uzun zaman davam edən öskürəklər...

Uzun zaman davam edən öskürəklər...
08.12.2019 21:45
Payız-qış mövsümündə geniş yayılan tənəffüs yolları infeksiyaları ilə bağlı ən çox qeydə alınan hal öskürəkdir. Öskürək bəzən aylarla davam edir və aparılan müalicələrə tabe olmur. Öskürəkdən ən çox əziyyət çəkən isə azyaşlılar olur.
Həkim-pediatr Günay Rəsulovanın sözlərinə görə, mövsümün çox uzanmış, inadlı və keçmək bilməyən öskürəkləri, göy öskürək və ya "göy öskürəyə bənzər sindromlar"  (parapertussis, adenovirus və s.) hesab olunur.
Həkim qeyd edib ki, mövsümə uyğun olaraq yüksək qızdırma, əsasən gecə saatlarında olan uzanmış boğucu öskürəklər, ardınca öyümə, qusma ilə gedən və bəzən aylarla davam edən bezdirici öskürəklərə çox rast gəlinir: "Müraciət edən xəstələr çox vaxt bir neçə həkim qəbulunda olub müalicə almış və "effekt görməmiş" xəstələrdir.
İlk cümlələri də "Ən yaxşı həkimlər baxıb amma sağalda bilməyiblər" olur. Məsələ bundadır ki, bu infeksiyaların gedişatına təsir etmək onsuz da mümkün olmur. Müalicə yalnız və yalnız xəstəni ağırlaşmalardan qorumaq və simptomları mümkün qədər yüngülləşdirməkdən ibarətdir. Xəstəlik isə öz müddətini başa vurmamış simptomlar, əsasən də valideyni çox həyəcanlandıran boğulma və qusma ilə gedən gecə öskürəkləri çox, bəzən 4-6 aya qədər uzana bilir və tədricən keçir".

Onun sözlərinə görə, belə uşaqlar həkim nəzarətində olmalıdır, körpələrə isə stasionarda nəzarət olunması da lazım gələ bilər: "Valideyn isə bu durumda mümkün olduqca təmkinli olmalıdırlar. Qorunmaq üçün profilaktik peyvəndləri vaxtında etdirmək, xəstə ilə təmasdan uşaqları uzaq tutmaq lazımdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq
Cəmiyyət 23:30
Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq
Naxçıvanda maaşlarla bağlı yeni qərar hazırlanır
Cəmiyyət 23:18
Naxçıvanda maaşlarla bağlı yeni qərar hazırlanır
Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək
Cəmiyyət 20:17
Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək
Zamira Ədilova TƏBİB- in mətbuat katibi vəzifəsindən azad olunub
Cəmiyyət 19:25
Zamira Ədilova TƏBİB- in mətbuat katibi vəzifəsindən azad olunub
Xəzərdə yenidən zəlzələ olub
Cəmiyyət 18:48
Xəzərdə yenidən zəlzələ olub
Qazaxıstan müdafiə nazirinin müavini Azərbaycana gəlib
Cəmiyyət 18:16
Qazaxıstan müdafiə nazirinin müavini Azərbaycana gəlib
SabahYevlaxın bir hissəsində qaz kəsiləcək
Cəmiyyət 18:07
SabahYevlaxın bir hissəsində qaz kəsiləcək

74 uşağın müəssisəyə verilməsininqarşısı alınıb
Cəmiyyət 17:45
74 uşağın müəssisəyə verilməsininqarşısı alınıb

Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Cəmiyyət 17:38
Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol