• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Azercell “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edildi

Azercell “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edildi
10.12.2019 12:45
Azercell Telekom 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçirilmiş "Bakutel”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edib.  "Bakutel 2019” sərgisində bütün ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan şirkət stendi təşkilatçılar tərəfindən "Ən yaxşı stend dizaynına görə” xüsusi sertifikatla təltif edilib.

Azercell hər il olduğu kimi, bu il də mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələrini öz stendində sərgiləyib. 6 000-dən çox iştirakçı tərəfindən ziyarət edilmiş Azercell-in ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yeniliklər təqdim edib. Xatırladaq ki, "Bakutel 2019” sərgisinin keçirildiyi dörd gün ərzində Azercell bütün sərgi iştirakçılarını stenddəki mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaqla ən son nəsl mobil texnologiyanın real sürətini hiss etməyə imkan yaratdı.
 
Bundan əlavə, 5G şəbəkəsi üzərindən 5G Multisensor, 5G  Konfrans, 5G Oyunlar və digər rəqəmsal həllər yerli və beynəlxalq qonaqların test rejimində istrifadəsi üçün təqdim edildi.

Ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən Azercell şirkəti hazırda  5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. Şirkətin hədəfi gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutaraq yüksək sürətli mobil internet və daimi bağlantını bütün abunəçilər üçün təmin etməkdir.  


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zuğulba şosesində maşın yanıb
Cəmiyyət 20:50
Zuğulba şosesində maşın yanıb
Sumqayıtda yol qəzası baş verib, yaralılar var
Cəmiyyət 20:20
Sumqayıtda yol qəzası baş verib, yaralılar var
26 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 20:04
26 nömrəli marşrutun avtobusları yenilənir
Göyçayda 23 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:02
Göyçayda 23 yaşlı qadın itkin düşüb
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:42
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sabah 41° isti olacaq
Cəmiyyət 12:37
Sabah 41° isti olacaq
Odlar Yurdu Universitetinin nümayədə heyəti Çində səfərdə olub
Cəmiyyət 12:27
Odlar Yurdu Universitetinin nümayədə heyəti Çində səfərdə olub
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - Faktiki hava
Cəmiyyət 12:10
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - Faktiki hava
FHN əhaliyə müraciət edib
Cəmiyyət 10:29
FHN əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol