• $ 1.7
  • € 1.9536
  • ₽ 0.021656
  • ₺ 0.0428
  • £ 2.2797

KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar - VİDEO

KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar - VİDEO
12.12.2019 10:09
Dekabrın 10-da saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində faciəvi şəkildə vəfat edən iki gənclə bağlı bəzi təfərrüatları əldə etmişik.

BAKU.WS xəbər verir ki, "KamAZ 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük maşınının vurduğu Tural Mustafa oğlu Cabbarlı və Dilarə Bəxtiyar qızı Sultanlı orta məktəbin 11-ci sinif şagirdləri olublar.

Onlar barədə bəzi məlumatları əldə etmişik.
Tural Mustafa oğlu Cabbarlı Biləcəri qəsəbəsində yerləşən Seymur Məmmədov adına 301 saylı tam orta məktəbin 11-ci sinifində təhsil alırdı.
Məktəbin direktor müavini Təranə Paşayeva BAKU.WS-ə açıqlamasında bildirib ki, Tural Cabbarlı nümunəvi şəgirdlərdən olub.

"O, həm dərslərini yaxşı oxuyurdu, həm də nizamlı şagirdlərimizdən idi. Davranış qaydalarında da nümunəvi idi. Dərslərini də yaxşı oxuyurdu.
Hadisədən çox kədərlənmişik. İndi də özümə gələ bilmirəm, sanki yuxudayam, inanmağım gəlmir”, - deyə Təranə Paşayeva bildirib.
Tural Cabbarlı ailənin ikinci övladı olub. Ondan böyük qardaşı xaricdə təhsil alır.

Qeyd edək ki, Dilarə Bəxtiyar qızı Sultanlı Füzuli rayon 48 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, bu məktəbə 10-cu sinifdən daxil olub.
Əvvəllər isə Biləcəri qəsəbəsində yerləşən 314 nömrəli tam orta məktəbdə təhsil alıb.

Məktəbin direktoru Nadir Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Dilarə Sultanlı oxuduğu dövrdə çox bacarıqlı şagirdlərdən olub. Həm dərslərində, həm də nizam-intizamda nəticələri əla olub.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol