• $ 1.7
  • € 2.0243
  • ₽ 0.022016
  • ₺ 0.039
  • £ 2.326

“Mərdimazarlıq edirlər...” - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri

“Mərdimazarlıq edirlər...” -  Ailəsindən 8 namizəd olan bələdiyyə sədri
29.05.2020 05:22
Sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərindən və yaxın qohumlarından ibarət 8 namizəd irəli sürüb. Yəni potensial olaraq Əmircan bələdiyyəsinin yeni tərkibi ancaq Cəfərovun ailə üzvlərindən formalaşa, yəni bir növ "ailə bələdiyyəsinə” çevrilə bilər.

Məlumatda üçüncü Suraxanı seçki dairəsindən bələdiyyə üzvlərinə namizəd kimi Rafael Cəfərov özü, onun qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumunun qeydə alındığı göstərilib.

Məsələ ilə bağlı bələdiyyə sədri ilə əlaqə saxladıq. Rafael Cəfərov "Yeni Sabah”a açıqlamasında namizədliyini irəli sürənlərin hamısının qohumu olduğunu inkar edib:
"Namizədliyini irəli sürənlərin yarısı başqa-başqa insanlardlr. Sadəcə soyadları mənimki ilə eynidir. Düzdür, mənim ailəmdən də namizəd olanlar var. Nə olsun? Burda nə var ki? Bu qanunidir, biz heç bir qanunu pozmamışıq. Sadəcə olaraq namizədliyini verib, seçilməyib ki... 

65 nəfər namizədin içərisində 4-5 nəfər bizim ailədən var. Namizəd olamaqda nə problem var axı? Sosial şəbəkələrdə yayılan siyahıda olanların yarısı heç bizim qohum deyil. Soyadları Cəfərovdur, yalandan yazırlar. Kiminsə soyadı Cəfərovdur deyə, o mənim qohumum olmalıdır?  

Heç ordakı adamlarla əlaqəmiz yoxdur. Təsadüfi adamlardır, laborantdır, müəllimdir, heç tanımıram. Onlar arasında 4 nəfər bizim adam var, onlar da mənim qardaşlarımdır. Tanınmış adamlardırlar və 65 nəfər arasında namizədliklərini irəli sürüblər. Onların da seçilib-seçilməyəcəyi hələ sual altındadır. Kimə etimad göstərilir, kimə göstərilmir, bunu seçkilər göstərəcək. Kimsə mərdimazarlıq edir, kimsə  qanunları bilmədən yazır, kimsə siyahıdakı adamları tanımadan yazır… Burada qeyri-qanuni və qəbahətli heç bir şey yoxdur”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də  keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN Kanadaya başsağlığı verib
Siyasət 18:17
Azərbaycan XİN Kanadaya başsağlığı verib
Azərbaycan elektrik enerjisi ixracına hazırlaşır - Prezident
Siyasət 17:50
Azərbaycan elektrik enerjisi ixracına hazırlaşır - Prezident
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Texnologiya 17:33
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Prezident müşavirə keçirib - Yenilənib
Siyasət 17:26
Prezident müşavirə keçirib - Yenilənib
Bayramov Ərəb Parlamentinin prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət 17:15
Bayramov Ərəb Parlamentinin prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Məsud Pezeşkian Azərbaycana təşəkkür edib
Siyasət 13:11
Məsud Pezeşkian Azərbaycana təşəkkür edib

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
Siyasət 12:49
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
Vens xanımı ilə Şəhidlər Xiyabanını ziyarət edib
Siyasət 09:53
Vens xanımı ilə Şəhidlər Xiyabanını ziyarət edib
İlham Əliyev və Cey Di Vens mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Siyasət 21:44
İlham Əliyev və Cey Di Vens mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol