• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Sahibkarlar mağazalarının sığortalanmadığını, “EuroHome”un sahibi isə - ƏKSİNİ DEYİR - VİDEO

Sahibkarlar mağazalarının sığortalanmadığını, “EuroHome”un sahibi isə - ƏKSİNİ DEYİR - VİDEO
28.05.2020 19:36
Xəbər verdiyimiz ki, bu gün səhər saatlarında "EuroHome”da zərərçəkmiş sahibkarlar, onların vəziyyəti ilə heç kimin maraqlanmadığını iddia edərək Bakı-Sumqayıt yolunu bağlayıblar.

Mağaza sahibləri dəymiş ziyanın qarşılanmasını və ya konpensasiya ödənilməsini tələb edirlər. Onlar həmçinin, dəfələrlə sığorta şirkətlərinə mağazalarını sığortalatmaq üçün müraciət etdiklərini, şirkətlərin bundan boyun qaçırdığını, səbəb kimi isə obyektin təhlükəsizliyinin tam təmin olunmamasını göstərdiklərini bildiriblər.

Anews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev hadisə yerinə gəlib aidiyyatı qurumlardan məsələ ilə bağlı məlumat alıb.

"EuroHome”un sahibi və  AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətov da buraya gələrək, E. Allahverdiyev və aidiyyatı qurumların nümayəndələri ilə görüşüb.

E. Allahverdiyev mətbuata açıqlamasında bildirib ki, məsələ ilə bağlı mağaza sahibləri ilə ayrıca görüşəcəklər.
Bazarın sahibi A. Möhnətov sahibkarların dediklərinin əksinə, mağazaların sığortasının olduğunu bildirib.
Sonda icra başçısı və A. Möhnətov mağaza sahiblərini qəbul edib və onlarla söhbət aparıblar.

Qeyd edək ki, dekabrın 10-da Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd "BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğınsöndürənlərin şücaəti ilə yanğından mühafizə olunub və yanğın söndürülüb.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol