• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Bakıda növbəti insident: keçmiş məhbus polislərə atəş açmağa cəhd etdi - TƏFƏRRÜAT

Bakıda növbəti insident: keçmiş məhbus polislərə atəş açmağa cəhd etdi - TƏFƏRRÜAT
13.12.2019 14:23
Oğurluqda şübhəli bilinən kişi saxlanılan vaxt polis əməkdaşlarına qarşı odlu silahdan istifadəyə cəhd edib. Hadisə Bakının Xətai rayonunda baş verib.

Anews.az cəbər verir ki, bu barədə Oxu.Az-a Xətai Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, 11 dekabra keçən gecə, saat 03:00 radələrində İnqilab İsmayılov küçəsi 3 ünvanında yerləşən mağazadan qapı kilidinin sındırılması yolu ilə 2500 manat dəyərində tütün məmulatları, simkartlar və ərzaq məhsulları oğurlanıb.

Mağazanın sahibi Mətin Əlibəyli baş verənlər barədə 35-ci Polis Bölməsini məlumatlandırıb.

Bölmənin əməkdaşları operativ axtarış tədbirləri nəticəsində Bakı sakini 1990-cı il təvəllüdlü Kamran Nədim oğlu Səfərəliyevi saxlayıblar.

Məlum olub ki, K.Səfərəliyev tək olmayıb, əvvəllər oğurluq, xuliqanlıq, qanunsuz odlu silah gəzdirmək və polisə müqavimət göstərməkdə ittiham olunan 1985-il təvəllüdlü Elşad Eldar oğlu Məmmədovla birgə hərəkət edib.

Əməliyyatçılar E.Məmmədovun izinə düşdükdə və onu təslim olmağa çağırdıqda, şübhəli şəxs cibindən "Makarov” tipli tapançasını çıxararaq, atmağa hazır vəziyyətə gətirib. Ancaq atəş açmağa imkan tapmayıb, polislər onu tərksilah edib.
Sonradan məlum olub ki, tapançada üç güllə olub.

Bu da məlum olub ki, E.Məmmədov penitensiar müəssisədən bu yaxınlarda azadlığa çıxıb. O, Sabunçu rayonu ərazisində törətdiyi cinayətlərinə görə məhkum olunub. Həmin vaxt E.Məmmədov saxlanılan vaxt atəş açmağa və polisi yaralamağa imkan tapmışdı.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol