• $ 1.7
  • € 1.9733
  • ₽ 0.020876
  • ₺ 0.0404
  • £ 2.2645

Abbas Musəvi: Şərqi Azərbaycan İranın xarici əlaqələrin inkişafında böyük rol oynayır

Abbas Musəvi: Şərqi Azərbaycan İranın xarici əlaqələrin inkişafında böyük rol oynayır
14.12.2019 20:30
"Şərqi Azərbaycan vilayəti İranın şimal-qərbindəki qonşu dövlətlərlə əlaqələrin inkişafında mühüm rol oynayır”.

APA İRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Şərqi Azərbaycan valisi Məhəmməd Rza Pour Məhəmmədi ilə görüşündə bildirib. 

O, Təbrizin İran tarixində həmişə təsirli olduğunu söyləyərək əlavə edib ki, İran Xarici İşlər Nazirliyi qonşu ölkələrlə münasibətləri inkişaf etdirməyi prioritet hesab edir.

Görüş zamanı Pour Məhəmmədi vilayətin ticarət, mədəni və elmi əlaqələri inkişaf etdirmək üçün misilsiz imkanlara malik olduğun deyərək, Təbrizin regional diplomatik mərkəzə çevrilə biləcəyini açıqlayıb.

O, Şərqi Azərbaycan vilayətinin coğrafi mövqeyinə və bir neçə ölkə ilə yaxınlığına baxmayaraq İranın ən etibarlı əyalətlərindən olduğunu deyib.

Pour Məhəmmədi qeyd edib ki, Təbriz həmişə İranı müdafiə etməkdə qabaqcıl olub.

Görüşdə İranın qonşu dövlətlərlə iqtisadi əməkdaşlığının qurulması müsbət hal kimi dəyərləndirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:50
Sabahın hava proqnozu açıqlanıb
Gecə saatlarında avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub
Cəmiyyət 12:40
Gecə saatlarında avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub
Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşıb
Cəmiyyət 11:25
Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşıb
BDYPİ-dən həftəsonu səfərləri öncəsi sürücülərə xəbərdarlıq
Cəmiyyət 10:55
BDYPİ-dən həftəsonu səfərləri öncəsi sürücülərə xəbərdarlıq
Bərdədə avtomobil arxa aşıb, sürücü ölüb
Cəmiyyət 10:47
Bərdədə avtomobil arxa aşıb, sürücü ölüb
Bu gündən heyvan bazarları müvəqqəti bağlanır
Cəmiyyət 09:58
Bu gündən heyvan bazarları müvəqqəti bağlanır
Bakıda Zəfər konserti olacaq
Cəmiyyət 09:55
Bakıda Zəfər konserti olacaq
Naxçıvanda yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 09:53
Naxçıvanda yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Bu avtobuslar üçün xüsusi zolaq yaradılıb
Cəmiyyət 22:42
Bu avtobuslar üçün xüsusi zolaq yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol