• $
  • £

İlham Əliyev SOCAR-ın vitse-prezidenti ilə bağlı sərəncam verdi

İlham Əliyev SOCAR-ın vitse-prezidenti ilə bağlı sərəncam verdi
29.05.2020 03:08
Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
 
Anews.az xəbər verir ki, 2020-ci ilin yanvar ayında tanınmış neftçi-alim və geoloq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, iki dəfə respublika Dövlət Mükafatı və Heydər Əliyev Mükafatı laureatı, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin 90 yaşı tamam olur.
 
Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərmiş, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmışdır. Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilib istismara verilmişdir. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi vardır. Geoloq-alimin neft və qaz sənayesinin aktual problemlərinin həllinə dair araşdırmaları layiqincə qiymətləndirilmişdir.
 
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılır ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
 
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol