Son 133 ilin ən isti dekabrı - Rekord qırıldı

Aylarla davam edən məşə yanğınları ilə mübarizə aparan Avstraliyada qeyd edilən istilik dərəcəsi rekord qırıb.
"Yeni Sabah” xəbər verir ki, istilik ortalama 41,9 dərəcəyə çatıb. Ökənin qərb hissəsində yerləşən Evkla qəsəbəsində isə temperatur 49,8 dərəcəyə çatıb. Axırıncı dəfə 1972-ci ildə, Qvinslenddə 49,5 dərəcə temperatur qeydə alınıb.
Qlobal istiləşmənin hiss edildiyi digər bir ölkə isə Rusiyadır. Belə ki, dünən Rusiyanın paytaxtı olan Moskvada istilik qış üçün rekord həddə çatıb.
Havanın temperaturu müsbət 5,4 dərəcəyə yüksələrək, 133 ilin rekordunu yeniləyib. Həmçinin, bu temperatur 18 dekabr tarixi üçün də Moskvada qeydə alınmış ən yüksək göstəricidir.
www.anews.az