Çiskinli, dumanlı, küləkli hava - SABAHIN PROQNOZU

Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Anews.az-a verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bəzi yerlərdə duman, çiskinli olacağı ehtimalı var, cənub küləyi əsəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq.Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər