• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

İmişlinin icra başçısı Vilyam Hacıyevin varidatı mənbələrlə

İmişlinin icra başçısı Vilyam Hacıyevin varidatı mənbələrlə
23.12.2019 09:47
Dekabrın 20-si İmişlinin icrabaşı olan Vilyam Hacıyev haqqında statusumdan sonra saytlar rəsmi mövqe öyrəniblər. Belə ki, güya o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Və deyib ki, mən sadaladıqlarımı faktlarla göstərməsəm, hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətini bildirəcək.

Mən İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Vilyam müəllimi xərcə salmamaq üçün, yazdıqlarımı sübut etməyə çalışacağam və yazdıqlarımın mənbələrini göstərəcəyəm.

Azərbaycan Mərkəzi Seçki Komisiyasının siyahısında Vilyam Hacıyev və onun oğlunun hansı ünvanda qeydiyyatdan keçməsinə aid məlumatlar qeyd olunub. Üç ayrı mənzili faktlarla təqdim edilib:

▪️ Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 53, mənzil 4 (Hazırda qızı qeydiyyatdadır)
▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç, ev 45, mənzil 47 (Hazırda oğlu qeydiyyatdadır)
▪️ İmişli rayonu, H.Ə.Əliyev küç. ev 126 (Vilham Hacıyev özü qeydiyyatdadır)






Vilyam müəllimin Azərbaycan Şəkər İstehsalat Birliyi MMC-nin, yəni İmişli Şəkər Zavodunun xaricilər üçün tikilmiş lüks hotellərdən fərqlənməyən binasında mənzili var. 124 manatlıq yataqxana dediyi də həmin bu kotej tipli villadır. Sosial şəbəkə istifadəçiləri bu və Vilyam müəllimin əməlləri haqda yazırlar, oxuyun:
 


İcrabaşı Vilham Hacıyevin Həsən Əliyev küçəsində villa, "Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil, müxtəlif ticarət obyektləri, Dubayda biznes və daha nələri.. mövzusu isə Xəbərman xəbər portalına istinadən yazılıb. Bu da mənbə (https://xeberman.com/news/siyaset/13126-mishli-icra-bashcisi-vilyam-haciyevin-mulkleri-shok-syah.html).
 
 
İcrabaşının prokurorluqda işləyən oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası və Milyonerlər məhəlləsində malikanəsinin olmasının istinadı Olke.az saytıdır  (http://olke.az/news/detail/icra-bascisinin-oglunun-milyonluq-masin-kolleksiyasi-53784/). Digər bir neçə media saytı da bu barədə məlumatlar, hətta avtomobillərin fotoları ilə birlikdə paylaşıblar (https://7news.az/imisli-icra-bascisi-vilyam-haciyevin-olu-mehemmed-haciyevin/?fbclid=IwAR3QNy51-jubyzU4DikqXzAJuMGyxYyYSrHq2HPiMgp9vhU5ymJS7_66mmA).

 10-15 minlik telefon, 50 minlik saat taxan (bunun da mənbəsi burada https://afn.az/ustm/37865-cra-bashchisinin-15-minlik-telefonu-foto.html) icra başçısının, 124 manatlıq kirayə evdə yaşaması nə dərəcədə inandırıcıdır?


 

 
Araşdırma Həbib Müntəzirə məxsusdur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident və xanımı Şuşada sərgilərlə tanış olublar - Fotolar
Siyasət 14:03
Prezident və xanımı Şuşada sərgilərlə tanış olublar - Fotolar
Azad olunmuş Şuşada ilk çay... - FOTO
Siyasət 17:03
Azad olunmuş Şuşada ilk çay... - FOTO
Qubadlıdakı məsciddən yeni - FOTOLAR
Siyasət 09:02
Qubadlıdakı məsciddən yeni - FOTOLAR
Azərbaycanlılar Zürihdə etiraz aksiyası keçirib - VİDEO/FOTOLAR
Siyasət 19:00
Azərbaycanlılar Zürihdə etiraz aksiyası keçirib - VİDEO/FOTOLAR
Azərbaycanda karantində toy çalındı: Polis qonaqları saxladı - FOTO/VİDEO
Siyasət 11:05
Azərbaycanda karantində toy çalındı: Polis qonaqları saxladı - FOTO/VİDEO
Azərbaycanın aprel döyüşlərində azad etdiyi ərazilərin yeni XƏRİTƏSİ
Siyasət 09:05
Azərbaycanın aprel döyüşlərində azad etdiyi ərazilərin yeni XƏRİTƏSİ
Gəncənin şəhid polkovnikinin - FOTOLARI
Siyasət 08:41
Gəncənin şəhid polkovnikinin - FOTOLARI
Namizədlərin plakatları qəsdən cırılır -  İDDİA  FOTO
Siyasət 05:50
Namizədlərin plakatları qəsdən cırılır - İDDİA FOTO
Siyasət 01:04
"Hamı gedəndən sonra məzarımın üstündə sevgilim qalsın” - Şəhidimizin son mesajı...
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol