• $ 1.7
  • € 1.9969
  • ₽ 0.021375
  • ₺ 0.0419
  • £ 2.2839

Bakıda ağır qəza: Yaralılar var

Bakıda ağır qəza: Yaralılar var
23.12.2019 12:28
Bakıda Nobel prospektində avtomobil qəzası baş verib. Qəza nəticəsində iki nəfərin yaralandığı bildirilib. 

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə təcili tibbi yardımın hadisə yerinə gec gəldiyinə dair paylaşımlar edilib. 

Səhiyyə Nazirliyi qəza və təcili tibbi yardımın vaxtından gec gəlməsi ilə bağlı açıqlama yayıb.Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, təcili tibbi yardım avtomobilinin Nobel prospektində avtomobil qəzası baş verən əraziyə 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Bildirilib ki, təcili tibbi yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib. 

Ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. 

Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha bir direktorun səs yazısı yayıldı- Video
Cəmiyyət 23:10
Daha bir direktorun səs yazısı yayıldı- Video
Azərbaycanda dövlətə məxsus PHŞ-lərə büdcə hesabına məqsədli vəsaitlərin ödənilməsi qaydası dəyişib
Cəmiyyət 23:00
Azərbaycanda dövlətə məxsus PHŞ-lərə büdcə hesabına məqsədli vəsaitlərin ödənilməsi qaydası dəyişib
Buzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verilib
Cəmiyyət 22:59
Buzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verilib
Gəncədə yeniyetmə qız 4-cü mərtəbədən düşüb
Cəmiyyət 22:00
Gəncədə yeniyetmə qız 4-cü mərtəbədən düşüb
В Узбекистане в канал попала нефть из-за аварии
Cəmiyyət 20:54
В Узбекистане в канал попала нефть из-за аварии
Qovların Baş planı təsdiq edildi
Cəmiyyət 20:43
Qovların Baş planı təsdiq edildi
Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib
Cəmiyyət 20:17
Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib
Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb
Cəmiyyət 19:10
Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb
Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə!
Cəmiyyət 17:42
Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol