Ümumdünya Ticarət Təşkilatına üzvlük bizə lazımdırmı?

Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunlarına dair müsahibə verib. Müsahibədə bir çox məsələlərə toxunan prezident, Azərbaycanın Ümumdünya Ticarət təşkilatına üzv olmasi ilə bagli məsələyə də toxunub.
İqtisadçı Vahid Əhmədov deyir ki, dövlət başçısının da dediyi kimi, ÜTT girməyin müsbət və mənfi tərəflərı var.

İqtisadçı ekspert Rövşən Ağayev isə deyir ki, ümumdünya ticarət təşkilatı ölkələrə xeyli imtiyazlar verir və Azərbaycanın ora üzv olması çox önəmlidir.
Onun sözlərinə görə, ümumdünya ticarət təşkilatına üzv olan ölkələrə əgər inkişaf etmiş olkədisə 5%-lik, inkişaf etməkdə olan olkədirsə 10%-lik müxtəlif güzəştlər tətbiq olunur.

"Azərbaycanın bu təşkilata üzv olmamasının heç bir iqtisadi motivi ola bilməz. Bunu ancaq siyasi səbəblərlə izah edə bilərik. Çünki Ümumdünya ticarət təşkilatı ona üzv olan ölkələrdən müyyən islahatların həyata keçirilməsini istəyir, monopoliyanın aradan qaldırılması, bank sektorunun liberallaşdırılması və ümumiyyətlə iqtisadiyyatın liberallaşdırılması tələbini qoyur ki, görünür hələlik Azərbaycan tərəfi buna hazır deyil", - deyə iqtisadçı bildirib.
Rövşən Ağayev deyir ki, arqumentlərdən biri də odur ki, Ümumdünya ticarət təşkilatına üzv olmaq kənd təsərrüfatı sahəsinə ayrılan subsidiyaların dayandırılmasına səbəb ola bilər, lakin, bu belə deyil.
"Ümumdünya ticarət təşkilatı kənd təsərrüfatını 3 səbətə bölür, bunlardan ancaq sarı deyilən səbətdə deyir ki, birbaşa subsidiyaların həcmi, kənd təsərrüfatı istehsalının ümumi maya dəyərinin 10%-ni təşkil etməlidir. Bizdə isə kənd təsərrüfatı istehsalının maya dəyəri 6 milyard manatdır ki, bunun da 10%-i 600 milyon manat edir. Dövlət isə kənd təsərrüfatına 500 milyon manata qədər subsidiya qoyur və hətta 100 milyon manat da artırmaq imkanı yaranır. Yəni, bu baxımdan hansısa çətinlik yaşana bilməz. Vergi güzəştləri ilə də bağlı problem ola bilməz, ümumdünya ticarət təşkilatı imkan verir ki, təşkilatın üzvü ola-ola da kənd təsərrüfatını stimullaşdırmaq üçün vergi güzəştləri tətbiq edilsin", - deyə iqtisadçı bildirib.
Həzi
www.anews.az