• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Hadi Rəcəbli: “İndiyə qədər necə xidmət etmişəmsə, bundan sonra da elə olacaq”

Hadi Rəcəbli: “İndiyə qədər necə xidmət etmişəmsə, bundan sonra da elə olacaq”
27.12.2019 19:30
V çağırış Milli Məclisin deputatı Hadi Rəcəbli 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
 
Demokrat.az xəbər verir ki, H.Rəcəbli namizədliyini hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə 74 saylı Lənkəran kənd seçki dairəsindən irəli sürüb.
 
H.Rəcəbli namizədliyinin irəli sürülməsi ilə bağlı xəbəri təsdiqləyib. O, yüksək etimada görə YAP rəhbərliyinə minnətdarlığını bildirib: "İndiyə qədər necə işləmişəmsə, xidmət etmişəmsə, bundan sonra da elə olacaq. Daim xalqa, dövlətə xidmət edəcəyəm”.
 
Deputatın qərargahından isə Pravda.az-a bildirilib ki, H.Rəcəbliyə namizədliyini irəli sürmək üçün çoxsaylı müraciətlər edilib.
 
"Müraciət edənlər arasında Qarabağ qaziləri, ictimaiyyət nümayəndələri çoxluq təşkil edir. Lənkəran sakinləri bildirib ki, Hadi Rəcəbli şəhər üçün böyük işlər görüb, deputat olduğu 24 il müddətində sakinlərin problemlərinə həssas yanaşıb, həllinə köməklik göstərib. Növbədənkənar parlament seçkiləri ilə bağlı sərəncam imzalandıqdan sonra qərargaha belə müraciətlər çox olub” – məlumatda qeyd olunub.






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfər Əbiyevin elə fotoları yayıldı ki şok olacaqsınız-FOTOLAR
Cəmiyyət 19:59
Səfər Əbiyevin elə fotoları yayıldı ki şok olacaqsınız-FOTOLAR
Hadi Rəcəbli: “İndiyə qədər necə xidmət etmişəmsə, bundan sonra da elə olacaq”
Cəmiyyət 19:30
Hadi Rəcəbli: “İndiyə qədər necə xidmət etmişəmsə, bundan sonra da elə olacaq”
Milli Məclisin sabiq deputatı vəfat etdi - FOTO
Cəmiyyət 18:27
Milli Məclisin sabiq deputatı vəfat etdi - FOTO
İcra başçısı məsciddə - FOTO
Cəmiyyət 16:07
İcra başçısı məsciddə - FOTO
Meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub – Fotolar
Cəmiyyət 22:11
Meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub – Fotolar
Dünyasını dəyişən nazir oğlunun yanında dəfn edildi – Fotolar
Cəmiyyət 14:57
Dünyasını dəyişən nazir oğlunun yanında dəfn edildi – Fotolar
Azərbaycanın hərbi helikopterləri erməniləri təşvişə saldı – FOTO
Cəmiyyət 01:01
Azərbaycanın hərbi helikopterləri erməniləri təşvişə saldı – FOTO
Ermənilər bu bölgələrimizi izləmək üçün gizli kameralar quraşdırıb – Fotolar
Cəmiyyət 20:22
Ermənilər bu bölgələrimizi izləmək üçün gizli kameralar quraşdırıb – Fotolar
Günnütün azad edilməsinə İrəvanın saxta cavabı - FOTO
Cəmiyyət 22:41
Günnütün azad edilməsinə İrəvanın saxta cavabı - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol