• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? - SƏBƏB

YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? - SƏBƏB
28.12.2019 19:47
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın deputatlığa namizədlərini təsdiq edib.


 Modern.az xəbər verir ki, YAP 125 seçki dairəsindən ikisində namizəd irəli sürməyib.

Belə ki, hakim partiyanın 3 saylı Babək-Kəngərli-Naxçıvan və 122 Xankəndi seçki dairələrindən namizədi yoxdur.


Qeyd edək ki, 3 saylı seçki dairəsinin beşinci çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev olub. Səttar Möhbalıyev bitərəf deputat olduğundan yenə də həmin dairədən namizədliyini irəli sürüb.


Xankəndi seçki dairəsinin beşinci çağırış Milli Məclisin deputatı isə Flora Qasımova olub. Flora Qasımova 2020-ci il fevralın 9-da keçiriləcək seçkilərə qatılmaqdan imtina edib. Həmin dairədən namizədliyini Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev irəli sürüb.


Ehtimallara görə, YAP-ın bu iki dairədən namizəd irəli sürməməsinin səbəbi məhz adını çəkdiyimiz şəxsləri müdafiə etməsi ilə bağlıdır. Hakim partiya ötən parlament seçkilərində də Səttar Möhbalıyevin və Zeynəb Xanlarovanın deputatlığa namizəd olduğu dairələrdən namizəd irəli sürməmişdi.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol