• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Rusiyanın ən varlı qadınının barəsində cinayət işi qaldırıldı, axtarışa verildi

Rusiyanın ən varlı qadınının barəsində cinayət işi qaldırıldı, axtarışa verildi
29.12.2019 13:57
Rusiyada mərhum Moskva meri Yuri Lujkovun arvadı və ölkənin ən varlı qadını Yelena Baturina cinayət işində fiqurantdır və onun barəsində axtarış elan edilib.

Rusiya KİV-ləri xəbər verir ki, Baturina barəsində böhtan atma ittihamı ilə cinayət işi qaldırılıb. İddiaçı isə onun qardaşının biznesinin maliyyə işlərini idarə edən Erentsen Manjeyevdir. Baturinanın barəsində Kalmıkiya məhkəməsi axtarış elan edib.
1.2 milyard dollarlıq sərvətə malik olan və "İnteco Management” şirkətinin prezidenti Yelena Baturina isə bu cinayət işini sifarişli hesab edir. Bildirir ki, onun arxasında milyarder Mixail Fridmanın reyderliyi dayanır.
Baturina haqda cinayət işi Elista şəhər məhkəməsinin icraatındadır. Məhkəmə əvvəlcə Lujkovun dul arvadının məhkəməyə gəlməsi haqda qətnamə çıxarıb, bu baş verməyəndə isə onun barəsində axtarış elan edib.
İddiaçı bildirir ki, Yelena Baturina "Forbes” jurnalına müsahibəsində ona böhtan atıb, barəsində cinayət işi qaldırıldığını deyib. "Vedemosti” isə xatırladır ki, onların arasında münaqişə hələ 2006-cı ildən başlayıb. Baturina qardaşını "İnteco” şirkətindən qovub, həmin vaxtdan qardaşı özü və adamları onun əleyhinə çoxsaylı iddialar qaldırıb.
Yelena Baturina bildirir ki, əslində milyarder Mixail Fridman və strukturları onun qardaşı Viktordan öz maraqları üçün istifadə edir. (virtualaz.org)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Tehrana yeni hücum dalğasına başlayıb
Dünya 23:51
İsrail Tehrana yeni hücum dalğasına başlayıb
Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif edib
Dünya 23:01
Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif edib
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Dünya 20:45
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Antonio Quterreş Türkiyədə səfərdədir
Dünya 19:57
Antonio Quterreş Türkiyədə səfərdədir
Ankarada zəlzələ olub
Dünya 19:17
Ankarada zəlzələ olub
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
Dünya 18:39
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb


Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Dünya 17:04
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol