• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

ABŞ məhkəməsindən BİABIRÇI QƏRAR: Türk diplomatını öldürən ASALA üzvü azadlığa buraxıldı

ABŞ məhkəməsindən BİABIRÇI QƏRAR: Türk diplomatını öldürən ASALA üzvü azadlığa buraxıldı
30.12.2019 13:00
ABŞ-ın Kaliforniya ştatında keçirilən məhkəmə 1982-ci ildə Türkiyənin Los Ancelesdəki konsulunu qətlə yetirən ASALA üzvü Hampiq Sasunyanın azadlığ buraxılması barədə müraciətinə müsbət cavab verib.
 
Modern.az xəbər verir ki, ömürlük həbs cəzası alan Sasunyanın azadlığa buraxılması məsələsi bir neçə dəfə qaldırılsa da, məhkəmə tərəfindən rədd edilmişdi. İttiham aktı 1982-ci il yanvarın 28-də konsul Kamal Arıkanın qətlinin Sasunyan tərəfindən milli nifrət zəmnində törədilməsini sübut etmişdi.
 
Türkiyə XİN-i qərarı pisləyib və ASALA üzvünün azadlığa çıxmasının qarşısını almaq üçün bütün mexanizmlərdən istifadə edəcəyini açıqlayıb.
 
Hampiq Sasunyan 1963-cü ildə Livanın paytaxtı Beyrutun erməni məhəlləsində anadan olub. ASALA üzvü olan Sasunyan 1982-ci il yanvarın 28-i saat 9:40-da Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanı Uilşir bulvarında olarkən maşınında güllələmişdi. O vaxtı ABŞ prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandırmışdı. 
2006 və 2010-cu illərdə Hampiq Sasunyanın həbsdən çıxamq üçün müraciətləri Kaliforniya məhkəmələri tərəfindən rədd edilmişdi.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Tehrana yeni hücum dalğasına başlayıb
Dünya 23:51
İsrail Tehrana yeni hücum dalğasına başlayıb
Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif edib
Dünya 23:01
Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif edib
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Dünya 20:45
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Antonio Quterreş Türkiyədə səfərdədir
Dünya 19:57
Antonio Quterreş Türkiyədə səfərdədir
Ankarada zəlzələ olub
Dünya 19:17
Ankarada zəlzələ olub
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
Dünya 18:39
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb


Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Dünya 17:04
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol